Təsviri:zəif-qeyri-spesifikdən zəif vanilli qoxuya qədər,bozumtul-ağ rəngdən bozumtul sarı rəngə qədər çalarlı toz.
İstifadəsinə göstərişlər:
kəskin və xroniki ishal ,qastrit ,mədə və onikibarmaq bağırsağın xorası və kolitlərdə qıcqırma hissinin ,qarında köp və diskomfort hissinin simptomatik müalicəsi.
Əks göstərişlər:
hiperhəssaslıq,bağırsaq keçməzliyi,fruktozaya qarşı dözümsüzlük.
İstifadə qaydası və dozası:
- Uşaqlarda (körpələr daxil olmaqla) 3 gün ərzində 2 paket ,sonra gündə 1 paket.
- Böyüklərdə gündə 6 paket.
Suda həll edilir və yeməkarası daxilə qəbul edilir.
Saxlanma şəraiti:
25°C-dən yüksək olmayan temperaturda,quru və uşaqların əli çatmayan yerdə saxlamaq lazımdır.
Reseptsiz buraxılır
Tərkibi
Təsiredici maddə:1 paketdə 3q dioktaedrik smektit vardır
Köməkçi maddələr : (portağallı)dekstroza monohidrat,natrium-saxarin,portağallı aromatizator,vanilli aromatizator.
Vanilli – dekstroza monohidrat,natrium saxarin,vanilin.
Rəylər (0)