Yumru, iki tərəfindən qabarıq, çəhrayi rəngli olan nazik örtüklü tabletlər.
Göstərişlər:
-Aterotrombozun müalicə və profilaktikası
-Kəskin kornor sindromu olan xəstəliklərdə-ST seqmentinin qalxması olmayan halda, aorta-kornor şuntlama və PKA əməliyyatı keçirən xəstələr daxil olmaqla, asetilsalisil turşusu ilə kombinə olunmuş müalicə
-ST seqmentinin qalxması olan halda, asetilsalisil turşusu ilə kombinə olunmuş müalicə.
Əks göstərişlər:
Kəskin qanaxma, preparatın komponentlərinə qarşı yüksək həssaslıq, 18 yaşına kimi uşaqlar.
İstifadə qaydası və dozası:
Qida qəbulundan asılı olmayaraq, daxilə qəbul edilir.
Miokrad infarktı, işemik insult, periferik arteryaların xəstəliyi olan zaman- Gündə 1 dəfə 1 tablet sitogrel daxilə qəbul edilir.
Kəskin kornor sindrom-ST seqmentinin qalxması olmayan halda- İlk gün başlanğıc doza 300 mq və sonrakı günlər gündə 1 dəfə 75 mq təşkil ediliri.
ST-seqmentinin qalxması olan halda- İlk gün başlanğıc doza 300 mq sonrakı günlər 75 mq gündə 1 dəfə asetilsalisil turşusu ilə kombinəolunmuş şəkildə qəbul edilir. Kombinəolunmuş terapiya təxminən 4 həftə davam etdirilir. 75 yaşınan yuxarı insanlarda müalicə zamanı Sitogrelin başlanğıc dozası 75 mq təşkil edir.
Təsiredici maddə: bir tabletin tərkibində 75 mq klopidoqrelə ekvivalent miqdarda klopidoqrel besilat vardır.
Köməkçi maddə: mikrokristallik sellüloza, hisroksipropilsellüloza, mannitol, krospovidon, limon turşusu monohidrat, makroqolo 6000, stearin turşusu, talk, hipromelloza, titan 4-oksid, qırmızı dəmir oksidi, laktoza monohidrat, triasetin.
Rəylər (0)