Göstərişlər:
1. Sidikdaşı xəstəliyi
- Oksalat daşları
- Fosfat daşları
- Uratlar və sidik turşusu duzları
- Kristalluriya
- Qarışıq kristallar - qlikol turşuları
- Cərrahi əməliyyatdan sonrakı ağırlaşmaların qarşısının alınması
2. Köməkçi vasitə kimi:
- Sidik yollarının infeksiyaları
- Hamiləlik zamanı sidik yollarının infeksiyaları
- Qeyri-spesifik uretrit
- Sistit, pielit
- Sidik ifrazı zamanı ağrı və yanma hissi olduqda
- Podaqra və hiperurikemiya
- Qadınlarda sidik saxlamammanın kəskin formaları.
Əks göstərişlər:
Preparatın komponentlərinə qarşı yüksək həssaslıq. Sidik yollarında kəskin ağrı, 2 yaşadək uşaqlar.
İstifadə qaydası və dozası:
Böyrək daşı xəstəliklərinin kompleks müalicəsi:
Böyüklərə və 14 yaşdan böyük uşaqlara - 2 tabletdən
2-6 yaşlı və 6-14 yaşlı uşaqlara - 1 tabletdən gündə 3 dəfə 3-4 ay ərzində.
Sidikçıxarıcı yolların infeksiyalarının kompleks müalicəsi:
Böyüklərə və 14 yaşdan böyük uşaqlara - 2 tabletdən; 2-6 yaşlı uşaqlara 1/2 tabletdən; və 6-14 yaşlı uşaqlara 1 tabletdən gündə 3 dəfə 4-6 həftə ərzində.
Böyrək daşlarının formalaşmasının qarşısını almaq məqsədilə:
Böyüklərə və 14 yaşdan böyük uşaqlara - 1 tabletdən; 2-6 yaşlı uşaqlara - 1/4 tabletdən; 6-14 yaşlı uşaqlara 1/2 tabletdən gündə 3 dəfə 4-5 ay ərzində.
Rəylər (0)