250 mq-lıq yumru , ağ ,iki tərəfdən qabarıq ,qılafla örtülmüş bir tərəfində xətt olan tabletlərdir.
İstifadəsinə göstərişlər:
- Tənəffüs yollarının infeksiyaları ;
- Qulaq,boğaz,burun infeksiyaları ;
- Böyrəklərin və sidik yollarının infeksiyaları ;
- Cinsiyyət üzvlərinin infeksiyaları ;
- Həzm sisteminin infeksiyaları ;
- Dərinin ,selikli qişaların və yumşaq toxumaların infeksiyaları ;
- Dayaq-hərəkət aparatının infeksiyaları .
Əks göstərişlər:
- Tərkibindəki komponentlərə qarşı yüksək həssaslıq ;
- Hamiləlik və laktasiya dövrü;
- Uşaqlar və 18 yaşa qədər yeniyetmələr .
İstifadə qaydası və dozası:
dozası xəstəliyin ağırlığından ,
infeksiyanın növündən ,yaşdan ,bədən çəkisindən və böyrəklərin funksiyasından asılı olaraq təyin edilir.Tövsiyə edilən adi dozalar peroral qəbul üçün 250 mq və 500 mq tabletlər formasında qəbul edimləlidir.
Saxlanma şəraiti:
25°C-dən yüksək olmayan temperaturda,quru və uşaqların əli çatmayan yerdə saxlamaq lazımdır.
Resept əsasında buraxılır
İçlik vərəqindən daha ətraflı məlumat əldə edə bilərsiniz
Təsiredici maddələr:hər tabletin tərkibində 250 mq siprofloksasinə ekvivalent ,miqdarda siproflaksasin hidroxlorid monohidrat vardır.
Köməkçi maddələr:mikrokristallik sellüloza,natrium-qlikolyat nişastası ,povidon ,natrium ,kroskarmelloza, susuz kolloidal silisium 4-oksid ,maqnezium-stearat ,hidroksipropilmetilsellüloza propilenqlikol ,talk ,titan 4 –oksid .
Rəylər (0)