İSTİFADƏSİNƏ GÖSTƏRİŞLƏR:
- Burun tutulması və burun ciblərin möhtəviyyatla dolması;
- Burun ətrafı ciblərin iltihabı ( haymorit, frontit, frontal baş ağrıları );
- Rinosinusit ( allergik və infeksion );
- Pollinoz ( mövsümi allergik rinosinusit );
- KRVİ və ağırlaşmaları.
DOZALANMA VƏ İSTİFADƏ QAYDASI:
Gün ərzində 2-5 dəfə, 1-3 doza burun boşluğuna püskürdülür. Müalicə müddəti xəstəliyin gedişindən və
həkimin müalicə sxemindən aslıdır.
ƏKS GÖSTƏRİŞLƏR:
Tərkibindəki komponentə qarşı yüksək həssaslıq.
ƏLAVƏ TƏSİRLƏR:
Nəzərəçarpacaq əlavə təsirləri müşahidə edilməmişdir, lakin bütün boşluğuna pükrütmə zamanı ani qıcıqlanma
və göynəmə hissi ola bilər ki, bu da normal hal hesab olunur.
DİGƏR DƏRMANLARLA QARŞILIQLI TƏSİRİ:
Digər dərmanlarla qarşılıqlı təsiri müşahidə olunmamışdır.
Qırmızı yosun ekstraktı, perilla yağı, PEG-40 hidrogenləşdirilmiş gənəgərçək yağı, qliserin, nanə yağı, natrium
xlorid, kalium sorbat, aromat, akva.
FARMAKOLOJİ XÜSUSİYYƏTLƏRİ:
Sinus spray burun boşluğunun təbii müdafiyə funksiyasını aktivləşdirərək regenerasiyanı sürətləndirir, burun
boşluğunu möhtəviyyatdan aktiv təmizlənməsi prosesini həyata keçirir, burun tutulmasını aradan qaldırır və
sərbəst tənəffüsü təmin edir. Qırmızı yosun ekstraktı və preilla yağı qoruyucu təbəqə yaradaraq immuniteti
yüksəldir, selikli qişanın təbii nəmliyini qoruyaraq burun boşluğundan allergenlərin mexaniki yolla xaric olunmasını
təmin edir. SİNUS sprey təbii müdafiyə möhtəviyyatdan aktiv təmizlənməsi prossseini həyata keçirir, burun
tutulmasını aradan qaldırır və sərbəst tənüffüsü təmin edir.
Rəylər (0)