İSTİFADƏSİNƏ GÖSTƏRİŞLƏR:
Paranazal sinuslarda kəskin və xroniki iltihab zamanıistifadə olunur.
ƏKS GÖSTƏRİŞLƏR:
Preparatın tərkibində olan komponentlərdən hərhansı birinə qarşı allergiya ( yüksək həssaslıq ).
İSTİFADƏ QAYDASI VƏ DOZASI:
12 yaşdan yuxarı şəxslər üçün birdəfəlik doza: 1örtüklü tablet. Gündəlik doza: 3 örtüklü tablet. Tabletlər
gündə 3 dəfə ( səhər,günorta, axşam ) yeməklə birlikdə və ya ayrıca qəbul edilə bilər. Mədə həssaslığı
olanlar yeməkdən sonra qəbul etməlidir.
HAMİLƏLİK VƏ LAKTASİYA DÖVRÜNDƏ İSTİFADƏSİ:
Həkiminizlə məsləhətləşin.
NƏQLİYYAT VASİTƏLƏRİNİ VƏ DİGƏR POTENSİAL TƏHLÜKƏLİMEXANİZMLƏRİ İDARƏETMƏ QABİLİYYƏTİNƏ TƏSİRİ:
Təsir göstərmir.
ƏLAVƏ TƏSİRLƏRİ:
Həzm sisteminin pozğunluqları ( mədə ağrısı, ürəkbulanma), dərinin allergik reaksiyaları ( qaşınma,
qızartı ). Nadir hallarda dil,dodaq, boğaz və qırtlaq nahiyələrində allergik mənşəli şişkinlik yarana bilər
.Bu kimi hallar baş verdikdə preparatın qəbulunu dərhal dayandırın.
TƏSİREDİCİ MADDƏLƏR:
1 örtüklü tabletin tərkibində vardır: Verbenae herba 36 mq, Gentiane radix 12 mq, Rumicis herba 36 mq,
Sambuci flos 36 mq, Primulae flos 36 mq.
Köməkçi maddələr: Kalsium karbonat ( E 170 ), xlorofil tozu 25% ( E 141 ), dekstrin, eudragit E kartof nişastası,
laktoza monohidrat, qarğadalı nişastası, maqnezium oksid, montan qlikol mumu, riboflavin E 101, rafinə olunmuş
gənəgərçək yağı, saxaroza, şellak, yüksək dispersiyalanmış silikon dioksid, sorbitol, stearin turşusu, talk, titan
dioksid ( E 171 ).
Rəylər (0)