İstifadəsinə göstərişlər:
- Trixomoniaz.
- Amöbiaz.
- Lyamblioz.
Əks göstərişlər:
- Hamiləliyin birinci trimestri və laktasiya dövrü.
- Kəskin nevroloji xəstəliklər.
- MSS-in xəstəlikləri.
- Preparatın tərkibindəki komponentlərə və digər nitromidazol törəmələrinə qarşı yüksək həssaslıq.
İstifadə qaydası və dozası:
Ornidazol yeməkdən sonra qəbul olunur.
Trixomoniaz zamanı
5 gün müddətində gündə 2 dəfə 1 tablet.
Təkrar yoluxmanın qarşısını almaq məqsədilə bütün hallarda cinsi tərəfdaşa da eyni kurs müalicə tətbiq olunmalıdır.
Uşaqlar üçün gündəlik doza bədən kütləsinin hər kq-na 25 mq olmaqla, bir dəfəyə qəbul olunmalıdır.
Doza həddinin aşılmas :
Əlamətləri: " Əlavə təsirləri" bölümündə təsvir olunan əlamətlərin daha qabarıq şəkildə üzə çıxması.
Müalicəsi: xüsusi antidotu məlum deyil, qıcolmalar zamanı diazepam təyin etməli.
Əlavə təsirləri:
Sinir sisteminə
Başağrısı, başgicəllənmə, titrətmə, rigidlik, müvazinət pozğunluqları, yorğunluq, huşun müvəqqəti itirilməsi, sensor və qarışıq periferik neyropatiya əlamətləri.
Həzm sisteminə
Ürəkbulanma, qıcqırma, qusma, ishal, dad hissinin dəyişməsi.
İmmun sisteminə
Hiperhəssaslıq reaksiyaları, dəri səpgisi, qaşınma.
Rəylər (0)