İstifadəsinə göstərişlər
Preparat, yerli qlükokartikosteridlərə reaksiya verən və şiddətli qaşınma və ya hiperkeratozla müşaiyət olunan iltihabı və allergik xəstəliklərin qısamüddətli müalicəsi üçün istifadə olunur. Suzuz, yağ tərkibli Sinaflan məlhəmi əsasən, quru dərinin və xroniki proseslərin müalicəsi üçün istifadə olunur.
Əks göstərişlər
Təsiredici maddəyə və ya dərman preparatının tərkibində olan hər hansı komponentlərinə qarşı yüksək həssaslıq. Dərinin bakterial, virus, göbələk infeksiyaları (o cümlədən, sifilisin dəri təzahürləri, dəri vərəmi, piodermiya, suçiçeyi, herpes, aktionomikoz, blastomikoz, sporotrixoz). Çəhrayı və adi sızanaqlar, qundaq dermatidi, perioral dermatit, anogenital nahiyədə qaşınma, postvaksinal reaksiyalar, aplikasiya nahiyələrində yaralar və dərinin xoralı zədələnməsi, venaların varikoz genişlənməsi ilə əlaqəli trofik xoralar. Dəri şişləri (o cümlədən, nevus, hemangioma, ksantoma, ateroma, dəri xərçəngi, melanoma, sarkoma). Hamiləlik və laktasiya dövrü, 2 yaşa qədər uşaqlar. Dərman preparatını oftalmologiyada istifadə etmək olmaz.
Doza həddinin aşılması:
Simptomları: dərman preparatının istifadə nahiyəsində dərinin qaşınması və yanğı hissi, hiperqlikemiya, qlükozuriya, İtsenko-Kuşinq sindiromu.
Müalicəsi: dərman preparatının istifadəsinin tam dayandırılması fonunda simptomatik müalicə.
Rəylər (0)