XÜSUSİYYƏTLƏRİ:
Propolis bakteriostatik, bakterisid, iltihabəleyhinə, virusosid, ağrıkəsici, antikoaqulyant təsirlərə malikdir, regenerasiyanı aktivləşdirir, mikrosirkulyasiyanı yaxşılaşdırır.
Nazikyarpaqlı exinaseya qansaxlayıcı, allergiyaəleyhinə təsir göstərir, eləcə də immun sistemini stimulə edir. Tərkibində exinakozid, polisaxaridlər, efir yağları, polifenollar, flavonoidlər, alkaloidlər, betain, fermentlər və fitosterinlər vardır.
Ensizyarpaq yağıotu büzücü, iltihabəleyhinə, ağrıkəsici, qansaxlayıcı, yarasağaldıcı təsirlərə malikdir. Tərkibində aşılayıcı maddələr, saponinlər, qlikozidlər, C vitamini, efir yağları var.
Qarağat allergiyaəleyhinə və iltihabəleyhinə aktivliyə malikdir. Xaricə istifadə zamanı tərkibində olan flavonoidlər və antosian piqmentlərinin sayəsində büzücü, hemostatik təsir göstərir.
Adı kəklikotu bu bitkinin əsas komponenti olan timol antiseptik, dezinfeksiyaedici və bakterisid xassələrə malikdir. O həmçinin patogen kokklara və göbələklərə qarşı bakterisid aktivlik göstərir.
İstiotnanəsi antiseptik və təravətləndirici təsirlərə malikdir.
İSTİFADƏSİNƏ DAİR TÖVSİYƏ:
Sinusitlərin kombinə olunmuş profilaktikası.,
Burun tənəffüsünün müxtəlif mənşəli pozğunluqların kombinə olunmuş profilaktikası.,
Bronxial astma və öskürək zamanı kombinə olunmuş profilaktikasının tərkib hissəsi kimi istifadə olunur.
İSTİFADƏ QAYDASI VƏ DOZALANMA:
Gündəlik hər burun keçəcəyinə 2-3 istilyasiya. Daha yaxşı effektə nail olmaq üçün vasitənin udlağa və qırtlağa çatdığından əmin olun. istifadədən öncə flakonu çalxalayın.
ƏLAVƏ TƏSİRLƏR:
Müəyyən edilməmişdir.
ƏKS GÖSTƏRİŞLƏR:
Tərkib hissələrinə qarşı fərdi həssaslıq.
Rəylər (0)