İstifadəsinə göstərişlər:
Meteorizmlə müşaiyət olunan funksional bağırsaq xəstəliklərinin simptomatik müalicəsi.
Əks göstərişlər:
Preparatın istənilən komponentinə qarşı yüksək həssaslıq.
Bağırsaq keçməzliyi.
Hamiləlik və laktasiya.
Uşaqlar və 18 yaşa qədər yeniyetmələr.
İstifadə qaydası və dozası:
Kapsullar bütövlükdə, kifayət qədər su içməklə daxilə qəbul edilir.
Preparat 3-4 həftə ərzində sutkada 2-3 dəfə yeməkdən əvvəl 1 kapsul təyin edilir. Həkim nəzarəti olmadan müalicənin müddəti 7 gündən artıq olmamalıdır.
Doza həddinin aşılması:
Alverinin doza həddinin aşılması hipotenziyaya və atropinəbənzər toksik effektlərə səbəb ola bilər.
Müalicəsi
Simptomatikdir.
Əlavə təsirləri:
Sinir sistemində baş verən pozğunluqlar: nadir hallarda-ürəkbulanma, qəbizlik.
İmmun sistemində baş verən pozğunluqlar: nadir hallarda-səpgi, qaşınma, üzün dilin, qırtlağın ödemi, tənəffüsün pozulması.
Rəylər (0)