İSTİFADƏSİNƏ GÖSTƏRİŞLƏR:
Qlükokortikosteroidlərlə müalicəyə tabe olan dermatozlar, ağırlaşma şübhəsi və ya preparatın komponentinə həssas mikroorqanizmlə ikincili infeksiya ilə ağırlaşmış.
Dermatofit və digər maya göbələklərinin törətdiyi dərinin səthi göbələk xəstəliyini preparatın komponentinə həssas törədicilərin törətdiyi bakterial və göbələk infeksiyası ilə ağırlaşmış dərinin kəskin və xroniki iltihabi xəstəlikləri.
ƏKS GÖSTƏRİŞLƏR:
Preparatın komponentlərinə qarşı həssaslıq.
İSTİFADƏ QAYDASI VƏ DOZASI:
Dozalanma rejimini və müalicə müddətini həkim təyin edir. Uşaqların müalicəsi nəzarəti altında aparılmalıdır. Silkron zədələnmiş dəri səthinə gündə iki dəfə olmaqla nazik qat şəklində çəkilir. Effekt almaq üçün Silkron requlyar istifadə olunmalıdır. Müalicə müddəti zədələnmənin yerindən həcmindən və xəstənin reaksiyasından asılıdır. 3-4 həftə müddətində effekt alınmazsa, diaqnoz dəqiqləşdirilməlidir.
ƏLAVƏ TƏSİRLƏRİ:
Hər hansı təsir yarandıqda həkimlə məsləhətləşmək lazımdır. Əlavə təsirlər nadirən əmələ gəlir. Bəzən: yanğı, eritema, eksudasiya, qabıqlanma, piqmentasiyanın pozulması, qaşınma yarana bilər.
DOZA HƏDDİNİN AŞILMASI:
Uzun müddətli və ya həddindən artıq istifadə zamanı ikincili adrenal çatışmazlıqla gedən hipotalamo-hipofiz-adrenal funksiyanın tormozlanması əmələ gələ bilər və hiperkortisizm əlamətləri inkişaf edər.
Rəylər (0)