İstifadəsinə göstərişlər:
Genital herpes daxil olmaqla, dərinin və selikli qişaların 1-ci və 2-ci tip herpes simplex virusu tərəfindən törədilən birincili və residivləşmiş infeksiyaları.
İmmun sistemi normal olan pasiyentlərdə 1-ci və 2-ci tip herpes simplex virusunun törətdiyi residivləşmiş infeksiyanın kəskinləşməsinin profilaktikası.
İmmun çatışmazlığı olan pasiyentlərdə 1-ci və 2-ci tip herpes simplex virusunun törətdiyi birincili və residivləşmiş infeksiyaların profilaktikası.
Əks göstərişlər:
Sikovaks tablet Asiklovirə və Valasiklovirə qarşı yüksək həssaslığı olan xəstələrdə əks göstərişdir.
İstifadə qaydası və dozası:
Böyüklər üçün doza adətən 5 gün müddətində gündə 5 dəfə 200mq-dır.
İki yaşından aşağı uşaqların dozası böyüklər üçün olan dozanın yarısı qədər, iki yaşından yuxarı uşaqların dozası isə böyüklər üçün olan dozaya bərabərdir.
Doza həddinin aşılması:
Kəskin ağır təsiri olmayan bəzi xəstələrdə beş gün müddətində gündə 4,8 q-a qədər oral doza istifadə olunmuşdur.
Əlavə təsirləri:
Klinik sınaqlar göstərmişdir ki, Oral Asiklovir tamamilə qeyri-toksik maddədir.
Rəylər (0)