İSTİFADƏSİNƏ GÖSTƏRİŞLƏR:
- Göz bəbəyinin müayinəsi və refraksion görmə
- irit, iridosiklit, koroidit və uveit kimi xəstəliklərin müalicəsi.
ƏKS GÖSTƏRİŞLƏR:
- Preparatın istənilən komponentinə qarşı yüksək həssaslıq
- Yaşlı pasiyentlər
- Bağlıbacaqlı qlaukoma, belə ki, gözdaxili təzyiqin yüksəlməsi, bağlıbucaqlı qlaukomaya səbəb ola bilər.
İSTİFADƏ QAYDASI VƏ DOZASI:
Preparatı həkim təyinatı ilə qəbul etmək lazımdır.
Preparatın qəbulu ilə bağlı hər hansı sual meydana çıxarsa, həkimə müraciət etmək lazımdır.
İstifadə qaydası.
Flakonun qapağını açmaq və flakona azacıq təzyiq etməkklə məsləhət görülən dozada mayeni damzdırmaq lazımdır.Digər göz damcıları kimi siklopentolatı açdıqdan sonra 28 gün ərzində istifadə etmək lazımdır.
Böyüklər: 10mq\ml dozada 1 damcı təyin edilir, beş dəqiqədən sonra növbəti damcı damızdırılır.Müayinə axırıncı istifadədən 30-40 dəqiqə sonra aparılmalıdır.
Uveit: gündə 3-4 dəfə 1 damcı istifadə edilir.
6-16 yaş uşaqlar: müayinədən 40 dəqiqə əvvəl 1 damcı 10mq\ml dozada tıyin edilir.Ehtiyac olduqda təyinatı 15 dəqiqədən sonra təkrar etmək olar.
Rəylər (0)