İstifadəsinə göstərişlər:
Siklodinon bitki mənşəli preparatdır.
Menstrual siklin pozulması.
Predmenstrual sindrom.
Siklik mastodiniya.
Süd vəzilərinin gərginliyi, şişməsi və menstrual pozulma hallarında digər xəstəliklərin olub-olmadığını araşdırmaq məqsədi ilə tibbi yardım zəruridir.
Əks göstərişlər:
Preparatın komponentlərindən hər hansı birinə qarşı yüksək həssaslıq.
İstifadə qaydası:
Gündə 1 dəfə 1 örtüklü tablet qəbul etmək lazımdır.Örtüklü tableti lazımi miqdarda su ilə qəbul edə bilərsiniz.Örtüklü tabletləri çeynəməyin.Yaxşı nəticə əldə etmək üçün örtüklü tabletləri üç ay ərzində, mentruasiya dövrü daxil olmaqla, qəbul etmək lazımdır.Əgər üç ay ərzində örtüklü tabletləri qəbul etdikdən sonra simptomlar davam edərsə, o zaman həkimlə məsləhətləşin
Rəylər (0)