İstifadəsinə göstərişlər:
Siqlimet, 2-ci tip şəkərli diabeti olan böyüklərdə həm Sitagliptin, həm də Metformin istifadəsi uyğun olan hallarda, qanda qlükozanın səviyyəsinə nəzarəti yaxşılaşdırmaq məqsədilə pəhriz və fiziki aktivliyə əlavə kimi göstərişdir.
Əks göstərişlər:
- Böyrək xəstəliyi və ya böyrəklərin disfunksiyası.
- Koma ilə və ya onsuz gedən diabetik ketoasidoz da daxil olmaqla kəskin və ya metabolik asidoz.
- Anamnezində bu kombinasiyaya və ya sitagliptinə anafilaksiya və ya angiödem tipli ciddi hiperhəssaslıq reaksiyasının olması.
İstifadə qaydası və dozası:
Bu kombinasiyanın dozası xəstənin mövcud rejimi, effektivliyi və dözümsüzlüyü nəzərə alınmaqla fərdi təyin edilməli və Sitagliptinin tövsiyə olunan gündəlik 100 mqvə metforminin 2000 mq dozasını aşmamalıdır.
Metforminlə əlaqədar olan mədə-bağırsaq traktına əlavə təsirləri azaltmaq üçün Sitagliptin/Metformin kombinasiyası ümumiyyətlə yeməklə birlikdə gündə iki dəfə, dozanı tədricən artırmaqla verilməlidir.
Doza həddinin aşılması:
Klinik tədqiqatlarda 800 mq-dən yuxarı dozalarda tədqiqatlar aparılmamışdır. 1 mərhələ çox-dozalı tədqiqatlarda 10 gündə 600 mq-a qədər və 28 gün gündə 400 mq doza sitagliptin qəbul edildikdə heç bir klinik mənfi reaksiya müşahidə edilməmişdir.
Əlavə təsirləri:
Metforminlə müalicəyə başlamaqla əlaqədar ən çox rast gəlinən əlavə təsirlərə ishal, ürəkbulanma/qusma, meteorizm, qarında narahatlıq, həzm pozğunluğu, asteniya və baş ağrısı aiddir.
Rəylər (0)