İstifadəsinə göstərişlər:
Hiperaktiv sidik kisəsi sindromu olan xəstələrdə sidik ifrazına imperativ çağırışın, tezləşmiş sidiyəgetmə aktının simptomatik müalicəsi.
Əks göstərişləri:
Preparatın tərkibindəki hər hansı komponentə qarşı hiperhəssaslıq.
Sidiyə getmə aktının pozulması.
Ağır mədə-bağırsaq xəstəlikləri.
Miasteniya gravis.
Bağlıbucaqlı qlaukoma.
Hemodializin aparılması.
Ağır qaraciyər çatışmazlığı.
Ağır və mülayim böyrək çatışmazlığı zamanı CYP3A4 fermentinin güclü inhibitorları ilə birlikdə istifadəsi.
İstifadə qaydası və dozası:
Sidolotun tövsiyə olunan dozası gündə 1 dəfə 5 mq təşkil edir. Lazım gəldikdə, doza gündə 1 dəfə 10 mq-a qədər artrıla bilər.
Preparatı hər gün eyni vaxtda qəbul etmək lazımdır. Tablet bütöv şəkildə maye ilə qəbul olunmalıdır.
Doza həddinin aşılması:
Təyin olunan dozadan daha yüksək doza qəbul etmisinizsə, bu haqda həkiminizə məlumat verin.
Əlavə təsirləri:
Nadir hallarda:
Sidik kisəsinin dolması, nəcisin ləngiməsi, qusma, bağırsaq keçməzliyi.
Çox nadir hallarda:
Hallüsinasiyalar, şüurun dumanlanması, mayenin dərialtı toxumaya toplanması nəticəsində yaranan dəri allergiyası.
Rəylər (0)