İstifadəsinə göstərişlər:
Böyük pasiyentlər
Metoklopramidin inyeksiya üçün məhlulu böyük pasiyentlərdə aşağıdakı göstərişlər üzrə istifadə üçün təyin edilir:
-Cərrahi əməliyyatdan sonrakı dövürdə ürəkbulanmanın və qusmanın profilaktikası.
-Ürəkbulanmanın və qusmanın, o cümlədən kəskin miqren nəticəsində törənən ürəkbulanma və qusmanın simptomatik müalicəsi.
Uşaqlarda istifadəsi
-Kimyaterapiya nəticəsində törənən gecikmiş ürəkbulanmanın və qusmanın profilaktikası - ikinci xətt müalicə variantı kimi.
-Əməliyyatdan sonra müəyyən edilmiş ürəkbulanmanın və qusmanın müalicəsi - ikinci xətt müalicə variantı kimi.
Əks göstərişlər:
-Mədə-bağırsaq qanaxması, MBT-nin mexaniki obstruksiyası və ya perforasiyası.
-Təsdiq olunmuş və ya şüphəli feoxromositoma, hipertenziyanın ağır epizodlarının başvermə riski ilə ilə əlaqədar olaraq.
-Parkinos xəstəliyi.
-Levodopa ilə və ya dofaminergik reseptorların antaqonistləri ilə kombinasiya
-Ekstrapiramid pozğunluqların yüksək inkişaf riski ilə əlaqədar olaraq 1 yaşdan aşağı uşaqlarda istifadə.
İstifadə qaydası və dozası
Məhlul venadaxili və ya əzələdaxili yeridilə bilər.
Venadaxili dozaları venadaxili bolyus üsulu ilə tədiricən yeritmək lazımdır.
Doza
Ürəkbulanmanın və qusmanın, o cümlədən kəskin miqren nəticəsində törənən ürəkbulanma və qusmanın simptomatik müalicəsi üçün, tövsiyə olunan birdəfəlik doza 10 mq təşkil edir. Bu doza gündə 3 dəfəyə qədər təkrar yeridilir.
(1 yaşdan 18 yaşa qədər uşaqlar)
Tövsiyə olunan doza gündə 3 dəfə venadaxili təkrar yeridilmə ilə bədən kütləsinin hər kq-a 0,1-0,15 mq təşkil edir.
Yaşlı pasiyentlər
Yaşlı pasiyentlərdə böyrək və qaraciyər funksiyaları və ümumi zəifliyi nəzərə alaraq dozanın azaldılması nəzərdən keçirmək lazımdır.
Böyrək funkasiyasının pozulması
Böyrək xəstəliyinin terminal mərhələsində olan pasiyentlərdə gündəlik doza 75% azaldılomalıdır.
Qaraciyərin funksional pozğunluğu olan pasiyentlərdə doza 50% azaldılmalıdır.
Rəylər (0)