İSTİFADƏSİNƏ GÖSTƏRİŞLƏR:
-
Öd kisəsində xolesterin saşlarının əridilməsi. Müalicənin uğurla aparılmasında
əsas şərt rentgen müayinə zamanı xolesterin daşlarının tutgun
rəngdə gösrənməməsidir
və ölşüləri 15 mm-dən çox olmamalıdır. Daşın vəziyyətindən asılı olmayaraq,
amma öd kisəsinin funksiyası pozulmamalıdır;
-
Biliar reflüks-qastritin müalicəsi;
-
Qaraciyərin birincili biliar sirrozunun simptomatik müalicəsi ( dekompensasiya
əlamətlərinin olmaması)
ƏKS GÖSTƏRİŞLƏR:
- Preparatın
aktiv maddəsinə və ya köməkçi maddələrindən hər hansı birinə qarşı
hiperhəssaslıq;
-
Rentgenkontrast ( kalsium miqdarı yüksək olan ) öd daşları;
- Fəaliyyət
göstərməyən öd kisəsi;
- Öd
kisəsinin, öd axarlarının və bağırsağın kəskin iltihabi xəstəlikləri;
-
Dekompensasiya mərhələsində olan qaraciyər sirrozu;
- Böyrək,
qaraciyər funksiyalarının güclü pozğunluqları;
- Pankreatit;
- Hamiləliyin
I trimestri;
- 6 yaşa
qədər olan uşaqlar.
XÜSUSİ GÖSTƏRİŞLƏR:
Sertoxol preparatı
xüsusi həkim nəzarəti altında qəbul olunmalıdır. Müalicənin ilk üç ayı ərzində
hər 4 həftədən bir, sonra hər 3 aydan bir qaraciyərin funksional göstəriciləri
AST ( SGOT ), ALT ( SGPT ) və y-GT təyin olunmalıdır.
İSTİFADƏ QAYDASI VƏ DOZASI:
Sertoxol gündə 1
dəfə yatmazdan əvvəl və ya sutkada 2 dəfə daxilə təyin olunur. Kapsul bütöv
halda,çeynənilmədən, kifayət qədər su ilə daxilə qəbul olunmalıdır ( qida ilə
birlikdə də qəbul etmək olar ).Biliar reflüks-qastritin müalicəsi zamanı 300 mq
dozada yuxudan əvvəl daxilə qəbul olunur. Kurs müalicə 10-14gündən 6 aya
qədərdir ( zəruri hallarda 2 il müddətinə).
Digər hallarda doza
10-15 mq/kq ( zəruri hallarda 20 mq/kq ) gündə 2-3 dəfə daxilə qəbul olunur;
preparat 6 ay müddətindən bir neçə ilə qədər təyin olunur.6 yaşdan yuxarı
uşaqlarda ( 20 kq bədən kütləsindən yüksək ) dozalanma fərdi olaraq sutka
ərzində 10-20mq/kq dozada təyin olunur.
ƏLAVƏ TƏSİRLƏR:
Mədə bağırsaq
traktına: klinik tədqiqatlarda qəbizlik və diareyalara daha çox rast gəlinir.
Birincili biliar sirrozun müalicəsi zamanı nadir hallarda qarın nahiyəsində
güclü ağrılar müşahidə olunmuşdur, əsasən sağ tərəfdə.
Qaraciyər və
ödçıxarıcı yollara:
Ursodeoksixol
turşusu ilə müalicə zamanı nadir hallarda kalsiumlaşmış daşlar əmələ gələ
bilər. Birincili biliar
sirrozun gecikmiş
mərhələsinin müalicəsi zamanı qaraciyər sirrozunu dekompensiyası müşahidə
olunmuşdur, preparatın qəbulu dayandırılıqda bu hal yox olmuşdur.
Yüksək həssaslıq
reaksiyası:
Nadir hallarda
allergik reaksiyalar əmələ gələ bilər ( övrə ).
DOZA HƏDDİNİN AŞILMASI:
Doza həddinin
aşılması barədə məlumat yoxdur.
Rəylər (0)