Göstərişlər:
- böyük depressiv pozğunluq
- obsessiv kompulsiv pozğunluq
- panik pozğunluq
- sosial təşviş pozğunluğu/sosial fobiya
- generaizəolunmuş təşviş pozğunluğu
- post-travmatik stress pozğunluğu
Əks göstərişlər:paroksetinə və köməkçi maddələrədən hər hansı birinə qarşı yüksək həssaslığı olan xəstələrdə dərman əks göstərişdir.
İstifadə qaydası və dozası:
Böyüklərdə;
Paroksetini gündə 1 dəfə səhər, yeməklə birlikdə qəbul etmək məsləhət görülür. Paroksetin tabletləri udularaq qəbul edilməlidir.
Proksetin ilə müalicənin dayandırılması digər psixoaktiv dərmanlarda olduğu kimi, bu dərman vasitəsinin də istifadəsinin qəfil dayandırılmasından qaçınılmalıdır. Aparılan tədqiqatlarda hər həftə gündəlik doza 10 mq azaldıldı. 20 mq gündəlik dozaya çatılan zaman xəstələr bu dozanı bir həftə qəbul etməyə davam etdilər, sonra isə müalicə dayandırıldı. Əgər müalicənin dayandırılması və ya diozanın azaldılmasından sonra simptomlar yenidən baş qaldırarsa, onda əvvəlki dozaya qayıdılmalıdır. Həkim daha sonra tədricən azaltmağa davam edə bilər.
Rəylər (0)