İstifadəsinə göstərişlər:
- Beyin qan dövranının kəskin pozuntuları;
- dissirkulyator ensefalopatiya;
- vegatativ distoniya sindromu;
- aterosklerotik mənşəli yüngül koqnitiv pozuntular;
- nevroz və nevrozabənzər vəziyyətlər zamanı təşviz halları;
- nevrozabənzər və vegetativ-damar pozuntularının üstünlük təşkil etməsi ilə alkoqolizm zamanı abstinent sindromun qarşısının alınması;
- antipsixotik vasitələrlə kəskin intoksikasiya;
- qarın boşluğunda kəskin irinli-iltihabli proseslər (kəskin nekrotik pankreatit, peritonit) kompleks terapiyada.
Əks göstərişlər:
Fəal maddələrə və ya istənilən yardımçı maddələrə qarşı yüksək həssaslıq. Qaraciyər və böyrək funksiyalarının kəskin pozulması. Hamiləlik və laktaksiya dövrü. Uşaqlar və yeniyetmələr.
İstifadə qaydası və dozası:
Əzələdaxili və ya venadaxili. İnfuziya üsulu ilə yeridilməsi zamanı preparatı izotonik natrium xlorid məhlulunda durulaşdırmaq lazımdır.
Serefunal şırnaq üsulu ilə tədricən, 5-7 dəqiqə ərzində, damcı üsulu ilə dəqiqədə 40-60 damcı sürəti ilə yeridilir. Gündəlik maksimal doza 1200 mq-ı keçməməlidir.
Beyin qan dövranının kəskin pozuntuları zamanı Serfunal ilk 10-14 gündə venadaxili damcı ilə 200-500 mq olmaqla gündə 2-4 dəfə, sonra 2 həftə ərzində əzələdaxili 200-500 mq olmaqla gündə 2-3 dəfə təyin edilir.
Dekompensasiya mərhələsində olan dissirkulyator ensefalopatiya zamanı Serfunalı 14 gün ərzində gündə 1-2 dəfə, 200-500 mq dozada venadaxili şırnaqla və ya damcı ilə təyin etmək lazımdır. Sonra növbəti 2 həftə ərzində 100-250 mq/gün olmaqla əzələdaxili tətbiq edilir.
Dissirkulyator ensefalopatiyanın kursla profilaktikası üçün preparat 10-14 gün ərzində gündə 2 dəfə 200-250 mq doza olmaqla əzələdaxili daxil edilir.
Yaşlı pasiyentlərə yüngül koqnitiv pozuntular və həyacan pozuntuları zamanı preparatı 14-30 gün ərzində günə 100-300 mq/gün olmaqla əzələdaxili tətbiq edirlər.
Abstinent alkoqol sindromu zamanı Serfunal 5-7 gün ərzində gündə 2-3 dəfə 200-500 mq dozada venadaxili damcı ilə və ya əzələdaxili təyin edilir.
Antipsixotik vasitələrə kəskin intoksikasiya zamanı preparat 7-14 gün ərzində 200-500 mq/gün dozada venadaxili yeridilir.
Qarın boşluğunun kəskin irinli-iltihablı prosesləri (kəskin nekrotik nekrotik pankreatit, peritonit) zamanı preparatı ilk günlərdə həm əməliyyat öncəsi, həm də əməliyyat sonrası təyin edirlər. Daxil edilən dozalar xəstəliyin forma və ağırlığı, prosesin yayilması, klinik gedişin variantlarından asılıdır. Preparatın ləvğ edilməsi tədricən, yalnız sabit müsbət klinik- laboratoriya effektinin əldə edilməsindən sonra aparılmalıdır.
Sinkler Denola
August 20, 2025Lorem Ipsum is simply dummy text of the printing and typesetting industry. Lorem Ipsum has been the industry's standard dummy text ever since the when an unknown printer took a galley of type and scrambled it to make a type specimen book. It has survived not only five centuries but also the leap electronic typesetting, remaining essentially unchanged. It was popularised in the with the release of Letraset sheets containing Lorem Ipsum passages, and more recently with desktop publishing software like Aldus PageMaker including versions of Lorem Ipsum.
Reply