İstifadəsinə göstərişlər:
- Böyük depressive epizodlar və onların residivinin profilaktikası.
- Sosial həyacan pozğunluğu.
- Post-travmatik strespozğunluğu.
- Panik pozğunluq.
Əks göstərişlər:
Sertalinə və ya bu dərman preparatının digər komponentlərindən hər hansı birinə qarşı yüksək həssaslıq.
İstifadə qaydası və dozası:
Böyüklər
Depressiya və obsessiv kompulsiv pozğunluq:
Depressiya və OKP üçün adi effektiv doza gündə 50 mq təşkil edir. Gündəlik dozanı bir neçə həftə ərzində 50 mq addımla və bir həftədən az olmayaraq intervallarla artırmaq olar.
Uşaqlarda və yeniyetmələrdə istifadəsi
Serkuptal yalnız 6-17 yaşlı OKP-dən əziyyət çəkən uşaq və yeniyetmələrin müalicəsində istifadə edilməlidir.
Obsessiv kompulsiv pozğunluq:
6 yaşdan 12 yaşa qədər uşaqlar: tövsiyə olunan başlanğıc doza gündə 25 mq təşkil edir.
İstifadə qaydası
Serkuptal qida ilə birlikdə və ya onsuz qəbul edilə bilər.
Dərmanınızı gündə 1 dəfə səhər və ya axşam qəbul edin.
Doza həddinin aşılması:
Əgər Siz təsadüfən həddindən artıq dozada Serkuptal qəbul etsəniz, dərhal həkiminizlə əlaqə yaradın və ya ən yaxın xəstəxananın təcili yardım şöbəsinə müraciət edin.
Əlavə təsirləri:
Ürəkbulanma ən çox rast gələn əlavə təsirlərdir.
Qaşınan dəri səpgisi, tənəffüs problemləri, xırıltı, göz qapaqlarının, üz və ya dodaqların şişməsi kimi simptomları ehtiva edə bilən allergik reaksiya və ya allergiya.
Rəylər (0)