Şəffaf və ya yarımşəffaf ,rəngsiz,bir qədər özlü mayedir.
İstifadəsinə göstərişlər:
Tənəffüs yollarının özlü bəlğəm ifrazı ilə müşayiət olunan kəskin və xroniki xəstəlikləri.Özlü seliklə müşahidə olunan kəskin və xroniki respirator xəstəliklər zamanı :kəskin,xroniki bronxit(astma formalı),silikoz,bronxial astma,bronxoektaz,larngit,sinusit,quru rinit.
Əks göstərişlər:
Bromheksinə və onun metaboliti olan ambroksola və ya köməkçi maddələrdən hər hansı birinə qarşı yüksək həssaslıq.
İstifadə qaydası və dozası:
Həkim tərəfindən başqa bir şəkildə təyin olunmadığı təqdirdə ; Uşaqlara:0-2 yaşadək uşaqlara gündə 2 dəfə 5 ml-lik ölçü qaşığı ilə 1/2 ölçü qaşığı (2,5 ml=7,5 mq ambroksol HCl).2-5 yaşlı uşaqlara gündə 3 dəfə 5 ml-lik ölçü qaşığı ilə 1/2 -1 ölçü qaşığı (2,5-5 ml=7,5-15 mq ambroksol HCI),5-12 yaşlı uşaqlara isə gündə 2 dəfə 5ml-lik ölçü qaşığı ilə 1-2 ölçü qaşığı (5-10 ml=15-30 mq ambroksol HCI)verilir.Müalicə müddəti 8-10 gündür.
Doza həddini aşılması:
Zəhərlənmə halları olmamışdır.Artıq dozaların qəbulu hallarında xəstənin mədəsi yuyulur.Spesifik antidotu yoxdur.Dəstəkləyici və simptomatik müalicə aparılır.
Saxlanma şəraiti:
25°C-dən aşağı temperaturda,işıqdan qorumaqla,öz qablaşdırmasında və uşaqların əli çatmayan yerdə saxlamaq lazımdır.Şərbətin qalan hissəsini 6 aydan sonra atmaq lazımdır.
Reseptsiz buraxılır
Təsiredici maddə:5 ml şərbətin tərkibində 15 mq ambroksol-hidroxlorid vardır.
Köməkçi maddələr:metilparaben,propilparaben,70%-li sorbitol,sodium sitrat,limon turşusu monohidrat,moruq aromatizatoru,təmizlənmiş su.
Rəylər (0)