İSTİFADƏSİNƏ GÖSTƏRİŞLƏR:
Sefotaksimə həssas mikroorqanizmlər vasitəsilə törədilən infeksion-iltihabi xəstəliklər: mərkəzi sinir sisteminin xəstəlikləri, tənəffüs yollarının və LOR-orqanların, sidik-ifrazat yollarının, sümüklərin, oynaqların, dəri və yumşaq toxumaların, kiçik çanaq orqanlarının infeksiyaları, bakteriemiya, septisemiya, intraabdominal infeksiyalar, endokardit, Laym xəstəliyi, süzənək, immun çatışmazlığı fonunda infeksiyalar. Cərrahi əməliyyatlardan sonra infeksiyaların profilaktikası.
ƏKS GÖSTƏRİŞLƏR:
Sefotaksimə qarşı yüksək həssaslıq, uşaqlar.
- əzələdaxili inyeksiya üçün həlledici kimi lidokaindən istifadə olunduqda: lidokainə, eləcə də digər amid tipli yerli anestetiklərə qarşı yüksək həssaslıq varsa;
- ağır ürək çatışmazlığı.
İSTİFADƏ QAYDASI VƏ DOZASI:
Böyüklərdə və bədən çəkisi 50 kq və daha çox olan uşaqlara: hər 12 saatdan bir 1 q. Müalicənin davam etmə müddəti fərdi qaydada müəyyən edilir. Keysər kəsiyi zamanı venadaxilinə 1 q, sonra isə birinci dozadan 6-12 saatdan əlavə olaraq 1 q yeridilir. Orta ağırlıqlı infeksiyalar: əzələ daxilinə və ya vena daxilinə hər 8 saatdan bir 1-2 q. Sepsis zamanı vena daxilinə hər 6-8 saatdan bir 2 q.
ƏLAVƏ TƏSİRLƏRİ:
- allergik reaksiyalar;
- sinir sistemində;
- həzm sistemində;
- ürək-damar sistemində;
- sidik-ifrazat sistemində.
DOZA HƏDDİNİN AŞILMASI:
Qıcolmalar, tremor, sinir-əzələ oyanıqlığının artması.
Rəylər (0)