İstifadəsinə göstərişlər:
Sefneo preparatı, həssaslığı müəyyən olunmuş bakteriyaların səbəb olduğu aşağıdakı infeksiyaların müalicəsində isifadə olunur.
- Tonzillit, faringir (badamcıqlar və udlağın iltihabı),
- kəskin inusit (sinus adlanan kəllə boşluqlarının iltihabı).
Aşağı tənəffüs yollarının infeksiyaları:
- kəskin bronxit, xroniki bronxitin kəskinləşməsi,
-bakterial pnevmoniya (ağciyər xəstəliyi),
Aşağı və yuxarı sidik yollarının ağırlaşmamış infeksiyaları;
Ağırlaşmamış qonokokk uretriti (cinsi yolla ötürülən qonoreya infeksiyası);
Dəri və yumşaq toxumaların infeksiyaları.
Əks göstərişləri:
Sefpodoksim və ya sefalosporinlərə qarşı allergiya.Preparatın tərkibində lesitin vardır, yer fındığı və ya soyaya qarşı allergiyası olan pasiyentlər bu dərman vasitəsini istifadə etməməlidir.
Anamnezdə penisillinə və ya hər hansı digər beta-laktam preparatlarına qarşı hiperhəssaslıq.
İstifadə qaydası və dozası:
Yuxarı tənəffüs yollarının infeksiyaları
Tonzillit: gündəlik doza 200 mq (1 örtüklü tablet), 1/2 tablet hər 12 saatdan bir qəbul edilir.
Faringit: gündəlik doza 200 mq (1 örtüklü tablet), 1/2 tablet hər 12 saatdan bir qəbul edilir.
Kəskin sinusit: gündəlik doza 400 mq (2 örtüklü tablet), 1 tablet hər 12 saatdan bir qəbul edilir.
Kəskin bronxit: gündəlik doza 200 mq (1 örtüklü tablet) 1/2 tablet hər 12 saatdan bir qəbul edilir. Lazım olduqda, infeksiyanın ağırlığından asılı olaraq, doza hər 12 saatdan bir 1 tablet qədər artırıla bilər.
Bakterial pnevmoniya
gündəlik doza: 400 mq (2 örtüklü tablet), 1 tablet hər 12 saatdan bir.
Sidik yollarının infeksiyaları
Ağırlaşmamış aşağı sidik yollarının infeksiyaları
Gündəlik doza: 200 mq (1 örtüklü tablet), 1/2 tablet hər 12 saatdan bir.
Ağırlaşmamış yuxarı sidik yollarının infeksiyaları
Gündəlik doza: 400 mq (2 örtüklü tablet), 1 tablet hər 12 saatdan bir.
Ağırlaşmamış qonokokk uretriti
Gündəlik doza: 200 mq ( 1 örtüklü tablet), birdəfəlik doza olaraq qəbul olunur.
Dəri və yumşaq toxumaların infeksiyaları:
Gündəlik doza: 400 mq ( 2 örtüklü tablet), 1 tablet hər 12 saatdan bir.
Hamiləlik və laktasiya dövründə istifadəsi:
Bu dərman vasitəsini istifadə etməzdən əvvəl həkim və ya əczaçıyla məsləhətləşin
Rəylər (0)