İstifadəsinə göstərişlər:
Kompleks müalicənin tərkibində aşağıda göstərilən hallarda istifadə olunur:
-Nevrotik və nevrozabənzər vəziyyətlərdə müşahidə olunan həyəcan pozğunluqları;
-Beyin qan dövranının kəskin pozulması;
-Kəllə-beyin travması, kəllə-beyin travmalarının nəticələri;
-Baş beyinin xroniki işemiyası;
-Vegetativ distoniya sindromu;
-Aterosklerotik mənşəli yüngül dərəcəli koqnitiv pozğunluqlar;
-Dissirkulyator ensefalopatiya;
-Kəskin miokard infarktı - kompleks müalicənin tərkibində;
-Birincili açıqbucaqlı qlaukomanın müxtəlif mərhələli - kompleks müalicənin tərkibində;
-Alkoqolizm zamanı klinik mənzərədə nevrozabənzər və vegetativ damar pozğunluqları üstünlük təşkil edən abstinensiya sindromunun aradan qaldırılması;
-Antipsixotik preparatların istifadəsi nəticəsində meydana çıxan kəskin intoksikasiya;
-Kəskin nekrotik pankreatit.
Əks göstərişlər:
Hiperhəssaslıq, qaraciyər və böyrək funksiyalarının kəskin pozğunluqları, hamiləlik və laktasiya dövrü - göstərilən pasiyent kateqoriyalarında preparatın kifayət qədər öyrənilməməsi ilə əlaqəli.18 yaşa qədər uşaqlar.
İstifadə qaydası və dozası:
Preparat əzələ daxilinə və ya vena daxilinə (şırnaq və ya damcı üsulu ilə) istifadə üçün nəzərdə tutulmuşdur.İnfuziya şəklində istifadə edildikdə, preparatı natrium xloridin izotonik məhlulunda həll etmək lazımdır.
Rəylər (0)