İstifadəsinə göstərişlər
Savis-endometriozun (uşaqlığın selikli qişasının patoloji böyüməsi ilə əlaqəli ağrı simptomları) müalicəsi üçün istifadə olunan preparatdır.
Əks göstərişləri:
Aşağıda göstərilən hallarda SAVİS preparatını istifadə etmək olmaz:
- dienogestə və ya preparatın tərkibində olan hər hansı digər komponentə qarşı allergiya qeyd olunduqda;
- Venalarda trombəmələgəlməyə meyllilik qeyd olunduqda;
- damar ağırlaşmaları ilə müşayiət olunan şəkərli diabet;
- hazırda və ya əvvəllər ağır dərəcəli qaraciyər xəstəliyi qeyd olunduqda;
- hazırda və ya əvvəllər xoşxassəli və ya bədxassəli qaraciyər şişi qeyd olunduqda;
- uşaqlıq yolunda qeyri-müəyyən mənşəli qanaxma olduqda;
- hamiləlik dövründə, hamilə olmağa hazırlıq və ya laktasiya dövründə;
- uşaqlarda və ilk menstrual qanaxma baş vermədiyi halda;
- qalaktozaya qarşı dözümsüzlük, tam laktaza çatışmazlığı;
- kişi cinsli pasiyentlər.
İstifadə qaydası və dozası:
Preparatın tövsiyə olunan dozası-sutkada 1 tablet təşkil edir.
Rəylər (0)