İSTİFADƏSİNƏ GÖSTƏRİŞLƏR:
SALİPRA, ağciyərlərin xronik obstruktiv xəstəliyi olan və birdən bronxgenişləndirici dərmana ehtiyac duyan insanların daha rahat nəfəs vermələrinə kömək edir. AXOX, təngənəfəsliyə və öskürəyə səbəb olan, uzun müddət davam edən ağciyər xəstəliyidir. AXOX termini, xronik bronxit və emfizema xəstəlikləri ilə bağlı bir panel mənasında istifadə edilir. SALİPRA, tənəffüs yolu ilə tətbiq edildiyi zaman ağciyərlərə seçici təsir göstərir.
ƏKS GÖSTƏRİŞLƏR:
- ipratropium bromidə, salbutamola və ya bu dərmanın tərkibindəki köməkçi maddələrdən hər hansı birinə qarşı yüksək həssaslığınız varsa;
- atropinə və ya törəmələrinə qarşı yüksək həssaslığınız;
- həkiminiz sizdə hipertrofik obstruktiv kardiomiopatiya olaraq adlandırılan ürək xəstəliyinin olduğunu bildiribsə;
- həkiminiz sizdə taxiaritmiya adlanan ürək xəstəliyinin olduğunu bildiribsə.
İSTİFADƏ QAYDASI VƏ DOZASI:
Yeniyetmələr/Yaşlılar/12 yaşdan böyük uşaqlar:
Əlamətlərdə sürətlə yaxşılaşma üçün əsasən 1 ədəd tək dozalıq flakon kifayətdir.
Müddətli müalicə: gündə üç və ya dörd 1 dəfə 1 ədəd tək dozalıq flakon.
Müxtəlif yaş qrupları: uşaqlarda istifadəsi məsləhət görülmür.
Yaşlı xəstələr: xüsusi dozanın müəyyən edilməsinə ehtiyac olmadan istifadə edə bilərlər.
ƏLAVƏ TƏSİRLƏRİ:
- əsəbilik;
- başgicəllənmə, başağrısı, titrəmə;
- öskürək, səsdə pozuntular;
- dəridə reaksiya;
- ürək çırpıntısı, nəbzin sürətlə vurması;
- zehni pozğunluq;
- mədə-bağırsaq pozğunluğu;
- asteniya.
DOZA HƏDİNİN AŞILMASI:
SALİPRA-dan istifadə etməli olduğunuzdan daha çox istifadə etmisinizsə, həkim və ya əczaçıya müraciət edin.
Rəylər (0)