İstifadəsinə göstərişlər:
Salbrofen şərbət, tənəffüs yollarının bronxospazm və ya bəlğəmin çətin xaric olması ilə müşayiət olunan aşağıdakı xəstəliklərində öskürəyin simptomatik müalicəsində göstərişdir:
- kəskin və xroniki bronxit, obstruktiv bronxit, bronxial astma, pnevmoniya, ağciyər emfizeması və bronxospazm, qatı bəlğəm, eləcə də bəlğəmin xaric olunması problemləri ilə müşayiət olunan digər bronx ağciyər xəstəlikləri.
- kəskin respirator xəstəliklərinin kompleks terapiyası.
Əks göstərişləri:
Bromheksinə və ya preparatın digər komponentlərindən hər hansı birinə qarşı yüksək həssaslıq.
İstifadə qaydası və dozası:
Salbrofen şərbət yeməkdən 30 dəqiqə sonra daxilə qəbul edilir.
İstifadədən öncə flakonu çalxalamaq lazımdır.
Dozalamaq üçün qutuya qablaşdırılmış ölçü qapağından istifadə olunur.
Həkim tərəfindən başqa cür təyin edilməyibsə aşağıdakı dozalarda istifadə edin.
2 yaşa qədər uşaqlarda istifadəsi yalnız həkim təyinatı və nəzarəti ilə mümkündür.
6 yaşa qədər uşaqlar: 5 ml gündə 3 dəfə
6-12 yaş arası uşaqlar: 10 ml gündə 3 dəfə
12 yaşdan yuxarı uşaqlar və böyüklər: 10-20 ml gündə 3 dəfə.
Müalicənin müddəti həkim tərəfindən fərdi olaraq təyin edilir, lakin adətən 3-7 gün təşkil edir.
Doza həddinin aşılması:
Simptomları: baş ağrısı, tremor, ağızda quruluq, başgicəllənmə, yorğunluq, hipo- və hipertenziya, ürəkdöyünmə, taxikardiya.
Əlavə təsirləri:
Tənəffüs sistemi: astmanın kəskinləşməsi, bronxospazm, öskürək, burun qanaxması, laringit. orofaringeal qıcıqlanma və ödem, laringit, rinit.
İmmun sisteminə: allergik reaksiyalar.
Dəri və dərialtı piy toxumasına: angionevrotik ödem, dəridə səpgi, övrə.
Həzm sisteminə: ağızda quruluq, dispepsiya, qastroenterit, ağızda xoşagəlməz dad.
Rəylər (0)