Göstərişlər:
-Müxtəlif etiologiyalı qəbizlik, o cümlədən xroniki qəbizlik;
-Müxtəlif etiologiyalı qarın boşluğunun spastik ağrıları, meteorizm, istənilən etiologiyalı dispeptik hallar;
-Bağırsaq mikroflorasının pozulması bağırsaq disbakteriozu, ishal;
-Süni qida qəbul edən uşaqlarda həzm pozulması;
-Uşaqlarda və böyüklərdə qurd mənşəli dispepsiyalar;
-Həzm sisteminin istənilən xroniki iltihabı prosesləri;
-Antibiotikterapiyadan sonra bağırsaq mikroflorasının bərpasının kompleks mülicəsi;
-Hıcqırma və gəyirmə halları;
-İştahsızlıq.
İstifadə qaydası və dozası:
Sakolin sirop cədvəldə göstərilən dozalara müvafiq gündə 2-3 dəfə yeməkdən 45 dəqiqə əvvəl və ya yeməkdən bir saat sonra təyin edilir. Müalicə müddəti 1-4 həftədir.
Yaş dövrü
|
Bir dəfəlik doza
|
Maksimal sutkalıq doza
|
1 aşa qədər uşaqlar
|
2,0 ml
|
6 ml
|
1-3 yaş
|
3,5 ml
|
10,5 ml
|
3-5 yaş
|
5,0 ml
|
15 ml
|
5-8 yaş
|
7,0 ml
|
21 ml
|
8-12 yaş
|
10,0 ml
|
30 m
|
12 yaşdan yuxarı uşaqlar və böyüklər
|
15,0 ml
|
45 ml
|
İstifadə etməzdən əvvəl flakonu çalxalamaq lazımdır.Su və ya digər mayelerlə (40 dərəcədən yuxarı olmayan) qatıla bilər.
Əks göstərişlər:
Preparatın komponentlərinə qarşı yüksək həssaslıq.
Hər 10 ml-nin tərkibində olan əsas inqredientlər:
Razyananın ekstraktı-4.03 q;
Çobanyastığının ekstraktı-4.03 q;
Əməköməkçinin ekstraktı-0.862 q;
Gavalı şirəsi-0.4 q;
Əncir şirəsi-0.25 q.
Rəylər (0)