İstifadəsinə göstərişlər:
Pəhriz və digər qeyri-farmakoloji müalicə metodlarına qeyri-adekvat cavab zamanı, pəhrizə əlavəvasitə kimi birincili hiperxolesterinemiyalı və ya qarışıq dislipidemiyalı böyüklər,yeniyetmələr və 10 yaşda və ondan böyük uşaqlar.
Homoziqot ailəvi hiperxolesterinemiya zamanı pəhrizə və digər lipidazaldıcı müalicəyə əlavə kimi və ya əgər bu cür müalicələr uyğun deyilsə.
Əks göstərişlər:
Rozuvastatinə və ya köməkçi maddələrdən hər hansı birinə qarşı yüksək həssaslığı olan pasiyentlər.
Ağır böyrək çatışmazlığı olan pasiyentlər.
Miopatiya olan pasiyentlər.
Hamiləlik və laktasiya dğvrü və uşaq doğuş potensialı olan qadınlardan müvafiq kontraseptiv tədbirlərdən istifadə etməyənlər.
Qalaktoza qarşı dözümsüzlük
İstifadə qaydası və dozası:
Hiperxolesterinemiyanın müalicəsi
İlkin tövsiyə olunan doza gündə bir dəfə daxilə 5 mq və ya 10 mq təşkil edir. Doza lazım gələrsə ən azı 4 həftə intervalla gündə bir dəfə növbəti doza səviyyəsinə qədər artırıla bilər.
Ürək-damar hadisələrinin profilaktikası
Tövsiyə olunan doza gündə 1 dəfə 20 mq təşkil edir.
Rəylər (0)