İSTİFADƏSİNƏ GÖSTƏRİŞLƏR:
Hiperxolesterinemiyanın müalicəsi
O, birincili hiperxolesterinemiyası və ya dislipidemiyası olan böyüklərdə.
Yeniyetmələrdə və 10 yaş və ondan böyük uşaqlarda diyetaya cavab adekvat olmadıqda, qida rasionuna və digər qeyri-farmakoloji müalicə metodları adekvat olmadıqda onlara əlavə kimi.
O, homoziqot ailəvi hiperxolesterinemiya zamanı diyetaya və digər hipolipidemik müalicə metodlarına əlavə kimi və ya belə müalicə münasib olmadıqda.
Ürək-damar xəstəliklərinin profilaktikası
O, qiymətləndirməyə görə ilk ürək-qandamar xəstəliklərinin yüksək riskinə malik olan pasiyentlərdə ağır ürək-qandamar xəstəliklərinin profilaktikası üçün, digər risk faktorlarının korreksiyasına əlavə kimi istifadə olunur.
ƏKS GÖSTƏRİŞLƏR:
Rozuvastatinə və ya köməkçi maddələrdən hər hansı birinə qarşı yüksək həssaslıq.
Zərdab transaminazalarının izah olunmayan, davamlı yüksəlməsi və zərdabda transaminazaların normanın yuxarı həddindən 3 dəfə artıq yüksəlməsi daxil olmaqla, qaraciyərin aktiv xəstəliyi olan pasiyentlərdə.
Ağır böyrək çatışmazlığı olan pasiyentlərdə.
Miopatiyalı pasiyentlərdə.
Eyni zamanda siklosporin alan pasiyentlərdə.
Hamiləlik və laktasiya dövründə və müvafiq kontraseptiv tədbirlər görməyən doğuş qabiliyyətli qadınlarda.
40 mq dozada Rovastat miopatiyaya\rabdomiolizə meyillilik yaradan faktorları olan pasiyentlərə əks göstərişdir.
İSTİFADƏ QAYDASI VƏ DOZASI:
Rovastat günün istənilən vaxtında qida ilə və ya onsuz qəbul edilə bilər.5 mq doza 10 mq-lıq dozanı iki bərabər hissəyə bölünə bilməklə əldə edilə bilər.
Rovastatla müalicəyə başlamazdan əvvəl pasiyent xolesterinin səviyyəsini aşağı salan standart diyetaya yerləşdirilir.Bu diyeta bütün müalicə müddətində davam etdirilməlidir.Qüvvədə olan rəhbər prinsiplərdən istifadə edərək, Rovastat-ın dozasının müalicənin məqsədinə və pasiyentin müalicəyə cavab reaksiyasına müvafiq olaraq korrektə etmək lazımdır.
Ürək-damar xəstəliklərinin profilaktikası
Ürək-damar xəstəliklərinin riskinin azaldılmasına dair tədqiqatda istifadə olunan doza hər gün 20 mq olmuşdur.
DOZA HƏDDİNİN AŞILMASI:
Doza həddinin aşılması zamanı xüsusi müalicə yoxdur.Doza həddinin aşılması zamanı pasiyent lazım gələrsə, simptomatik və dəstəkləyici müalicə almalıdır.Qaraciyərin funksiyasına və kreantinkinazanın səviyyəsinə nəzarət etmək lazımdır
Rəylər (0)