Rovasel yumru, çəhrayi rəngli örtüklü tabletlər.
Göstərişlər:
Rovasel preparatı sizə qanda xolesterinin infarkt və insultun əmələ gəlməsi üçün zəmin yaradan yüksək səviyyəsi ilə əlaqədar təyin edilir.
Qanda xolesterinin səviyyəsinin azalması üçün müvafiq pəhriz saxalanması və fiziki aktivliyin artırılması kifayət qədər olmadıqda sizə statinin qəbulu tövsiyə olunub.
Rozulip orqanizmdə pis xolesterinin ifrazını blokadaya alır, həmçinin qandan onun xaric olunmasına səbə olur.
Rovasel preparatı ailəvi xolesterin səviyyəsi yüksək olan 10-17 yaşarası uşaqlarda da istifadə oluna bilər.
Əks göstərişlər:
ROVASEL preparatının təsiredici maddəsinə və ya digər komponentlərinə qarşı əvvələr sizdə allergiya olmuşdursa.
İstifadə qaydası və dozası:
Rovasel hər zaman həkiminizin tövsiyə etdiyi kimi qəbul edin. Əmin deyilsinizsə, həkiminizdən və ya əczaçınızdan soruşun.
Rovasel ilə müalicə, əgər əvvəllər hər hansı bir statin istifadə etmisinizzsə 5 mq doza ilə, əgər əvvəllər başqa bir statin istifadə etmisinizsə- 5 mq və ya 10 mq doza ilə başlamalısınız.
Təsiredici maddə: hər bir örtüklü tabletin tərkibində 20 mq rosuvastatinə ekvivalent 20.790 mq miqdarda rosuvastatin-kalsium vardır.
Köməkçi maddə: laktoza monohidrat, mikrokristallik sellüloza, ikiəsaslı kalsium-fosfat,krospovidon, kolloidal silisium dioksid, maqnezium-stearat, hidroksipropil metilsellüloza, titan dioksid, qiserol triasetat, sarı sanset FCF, ponceau 4R alüminium lak, FD& C mavi 2.
Rəylər (0)