İstifadəsinə göstərişlər
-Ürəyin işemik xəstəliyinin kompleks müalicəsi, xroniki ürək çatışmazlığı və dishormonal kardiomiopatiya;
-kəskin və xroniki beyin qan dövranı pozğunluqlarının kompleks müalicəsi;
-hemoftalmiya, müxtəlif etiologiyalı göz qanaxmaları, torlu qişanın mərkəzi venasının trombozu;
-iş qabiliyyətinin zəifləməsi, fiziki gərginlik;
-əməliyyatdan sonrakı dövrdə reabilitasiyanı sürətləndirmək üçün;
-xroniki alkoqolizm zamanı abstinensiya sindromu.
Əks göstərişlər
-Preparatın istənilən komponentinə qarşı yüksək həssaslıq;
-yüksəlmiş kəllədaxili təzyiq;
-hamiləlik və laktasiya dövrü;
-12 yaşa qədər uşaqlar.
İstifadə qaydası və dozası
Məhlul vena daxilinə yeridilir.
Oyandırıcı effektinin inkişafını nəzərə alaraq, preparatın qəbulu günün birinci yarısında məsləhət görülür.
Ürək-damar xəstəlikləri zamanı kompleks terapiyanın tərkibində preparat, sutkada bir dəfə və ya dozanı 2 dəfəyə bölməklə 0,5-1 q dozada təyin edilir. Müalicə kursu 4-6 həftə təşkil edir.
Beyin qan dövranının pozuntusunun kəskin fazası zamanı 10 gün ərzində sutkada 0,5 q vena daxilinə təyin edilir, sonradan preparatın sutkada 0,5- 1 1 dozada daxilə qəbuluna keçilir. Ümumi kurs müalicə 4-6 həftə təşkil edir. Təkrar kurslar ildə 2-3 dəfə fərdi olaraq təyin edilir.
Psixi və fiziki stress zamanı sutkada 0,5 q vena daxilinə yeridilir. Müalicə kursu 10-14 gün təçkil edir. Ehtiyac olduqda, terapiyanı 2-3 həftədən sonra təkrar etmək olar.
Xroniki alkoqolizmdə sutkada 2 dəfə 0,5 q vena daxilinə təyin edilir. Müalicə kursu 7-10 gün təşkil edir.
Əlavə təsirləri
Əlavə təsirlərin tezliyi aşağıdakı parametrlərlə təyin edilir:
nadir hallarda (> 1/10000 -<1/1000).
Ürək-damar sistemi tərəfindən baş verən pozulmalar: nadir hallarda - dispeptik hallar.
Dəri və dərialtı toxuma tərəfindən baş verən pozulmalar: nadir hallarda - dəri qaşınması, sifətə qan axını, səpgi, övrə.
Əlavə təsirlər haqda məlumatın verilməsi
Dərman vasitəsinin qeydiyyatından sonra yaranan şüphəli görünən əlavə təsirlər barədə məlumatın verilməsi vacib hesab edilir. Pasiyentə ciddi və ya içlik vərəqədə qeyd edilməyən əlavə təsirlərin təzahürü zamanı müvafiq Milli farmnəzarət sisteminə məlumat vermək lazımdır.
Doza həddinin aşılması
Simptomları
Arterial təzyiqin qəflətən dəyişməsi mümkündür, əsas etibarilə hipotenziyaya meyilli.
Müalicəsi
Preparatın istifadəsi dayandırılır və simptomatik müalicə aparılır.
Rəylər (0)