İstifadəsinə göstərişlər:
- birincili hiperxolesterinemiya, heteroziqot irsi hiperxo-lesterinemiya daxil olmaqla və ya qarışıq (kombinəolunmuş) hiperxolesterinemiya-pəhrizə və digər eyri-medikamentoz tədbirlərə, əlavə kimi;
- irsi hiperxolesternimeyanın homoziqot forması və lipid səviyyəsinin azalmasına yönəlmiş pəhriz terapiyasının və müalicənin effekti olmadıqda və ya bu müalicə növləri xəstəyə yaramadıqda;
- ümumi Xs və ASLP XS-nin konsentrasiyasının azalması terapiyası göstəriş olan xəstələrdə aterosklerozun güclənməsini ləngitmək üçün pəhrizə əlavə kimi;
- böyüklərdə ürəyin işemik xəstəliyinin klinik əlamətləri olmayan xəstələrdə əsas ürək-damar ağırlaşmalarının profilktikasında, lakin onun yaranma riski yüksək olduqda.
Əks göstərişləri:- preparatın istənilən komponentinə qarşı yüksək həssaslıq;
- qaraciyər xəstəliyinin aktiv fazası, qeyri-müəyyən etiologiyadan qan zərdabında transaminazların səviyyəsinin metəmadi artması və zərdab transaminazalarının istənilən yüksəlməsi daxil olmaqla;
- miopatiya;
- siklosporin qəbulu;
- hamiləlik və laktasiya dövrü;
- orta dərəcəli böyrək çatışmazlığı;
- hipotireoz;
- xəstənin və ya ailənin anamnezində əzələ pozğunluğu;
- alkoqol asılılığı;
- plazma konsentrasiyalarının artması mümkün olan situasiyalarda;
- monqoloid irqi;
- fibratlarda eyni vaxtda istifadə.
İstifadə qaydası və dozası:Preparat daxilə, çeynəmədən və əzilmədən, bütöv halda udulmaqla, su ilə, sutkanın istənilən vaxtında və qida qəbulundan asılı olmayaraq qəbul edilir.
Hiperxolesterinemiyanın müalicəsi
Məsləhət görülən başlanğıc doza sutkada 1 dəfə 5 mq və 10 mq təşkil edir. Başlanğıc dozanı seçən zaman xolesterinin səviyyəsini və ürək-damar xəstəlikləri riskini, eləcə də əlavə təsirləri nəzərə almaq lazımdır. Ehtiyac olduqda 4 həftədən sonra dozalanma rejimi dəyişdirilə bilər.
Ürək-damar xəstəliklərinin profilaktikası
Məsləhət görülən sutkalıq doza 20 mq təşkil edir.
Miopatiyanın yaranmasına meyilli xəstələrdə dozalanma
Məsləhət görülən başlanğıc doza 5 mq təşkil edir. 40 mq dozanın təyini belə xəstələrə əks göstərişdir.
Rəylər (0)