İstifadəsinə göstərişlər:
Fredrikson üzrə birinci dərəcəli hiperxolesterinemiya (lla tipli) və ya qarışıq dislipidemiya (llb tipli) - pəhriz və ya müalicənin digər qeyri-medikamentoz üsulları effektsiz olduqda pəhrizə əlavə kimi.
Ailəvi homoziqot hiperxolesterinemiya - pəhrizə və digər hipolipidemik müalicəyə və ya bu müalicə effektsiz olduqda pəhrizə əlavə kimi.
Hipertriqliseridemiya (Fredikson üzrə lV tip) - pəhrizə əlavə kimi.
XS və ASLP-XS plazma konsentrasiyalarının azalması üçün müalicə göstərilən xəstələrdə aterosklerozun şiddətlənməsinin ləngiməsi üçün pəhrizə əlavə kimi.
Ürəyin işemik xəstəliyinin klinik əlamətləri olmadıqda, lakin onun əmələ gəlməsinin yüksək riski ilə böyük xəstələrdə əsas ürək-damar ağırlaşmalarının ilkin profilaktikası.
Əks göstərişlər:
Rozuvastatinə və ya preparatın komponentlərindən hər hansı birinə qarşı yüksək həssaslıq;
Kəskin fazada qaraciyər xəstəlikləri;
Orta və ağır dərəcəli böyrək çatışmazlığı (KK 60 ml/dəq);
Miopatiya;
Eyni zamanda siklosporinin qəbulu;
Hipotireoz;
Hamiləlik, laktasiya dövrü;
Miotoksik ağırlaşmalarının əmələ gəlməsinə meyilli xəstələr;
Adekvat kontrasepsiya üsullarını istifadə etməyən reproduktiv yaşda qadınlarda istifadə;
Anamnezdə əzələlərin xəstəliyi;
Anamnezdə HMQ-KoA-reduktazanın və ya fibratların istifadəsi zamanı miotoksiklik;
Alkoqolun həddindən artıq qəbulu;
Monqoloid irqli xəstələr;
Fibratların eyni zaman istifadəsi;
18 yaşa qədər şəxslər.
İstifadə qaydası və dozası:
Daxilə qəbul edilir, çeynəmək və xırdalamaq olmaz, su ilə bütöv şəkildə udulur, qidanın qəbulundan asılı olmadan hər bir vaxtda qəbul oluna bilər.
Roksera preparatı ilə müalicəyə başlamazdan əvvəl xəstə standart hipoxolesterinemik pəhriz saxlamalı və müalicə ərzində riayət etməlidir. Preparatın dozası müalicənin məqsədindən və müalicəyə qarşı cavabdan asılı olaraq fərdi seçilməlidir, qan plazmasında lipidlərin məqsədli konsentrasiyaları üzrə milli tövsiyələri nəzərə alınmalıdır.
Preparatın qəbuluna başlayan xəstələr üçün və ya HMQ-KoA-reduktazanın digər inhibitorlarının qəbulundan rokseranın qəbuluna keçirilmiş xəstələr üçün Roksera preparatının tövsiyə edilən başlanğıc dozası gündə 1 dəfə 5 və ya 10 mq təşkil edir.
Hemfibrozil, fibratlar və nikotin turşusu ilə birlikdə preparatı 1 q/-dən çox dozalarda qəbul etdikdə xəstələrə preparatın 5 mq başlanğıc dozası tövsiyə edilir.
Əvvələr həkimə müraciət etməyən xəstələrdə 40 mq/gün dozanın istifadəsi tövsiyə olunmur. Müalicədən 2-4 həftə sonra və/və ya Roksera preparatın dozasının artırılmasında lipid mübadiləsinin göstəricilərini yoxlamaq lazımdır.
Yüngül və orta ağır böyrək çatışmazlığı olan pasiyentlərdə dozaya düzəliş edilməsi tələb olunmur. Ağır böyrək çatışmazlığı olan pasiyentlərdə (KK 30 ml/dəq-dən az) roksera preparatının istifadəsi əks göstərişdir. Orta və ağır dərəcəli böyrək çatışmazlığı olan (KK 60 ml/dəq-dən az) pasiyentlərdə preparatın 30 mq/gün-dən yüksək dozada istifadəsi əks göstərişdir. Orta ağır böyrək çatışmazlığı olan pasiyentlər üçün preparatın başlanğıc dozası 5 mq/gün təşkil edir.
Rəylər (0)