İstifadəsinə göstərişlər:
Preparata həssas mikroorqanizmlərin törətdiyi yüngül və orta ağır infeksion-iltihabi xəstəliklər.
Yeniyetmələr və böyüklər
xəstəxanadankənar pnevmoniya;
xroniki bronxitin kəskinləşməsi;
Lor orqanların infeksiyası: kəskin sinusit, kəskin orta otit, faringit, tonzillit.
Əks göstərişlər:
Preparatın istənilən komponentinə və sefalosporin qrupundan olan digər antibiotiklərə qarşı yüksək həssaslıq.
İstifadə qaydası və dozası:
Dozalanma rejimi yaşdan, bədən kütləsindən, pasiyentin böyrəklərinin funksiyasından, eləcə də infeksiyanın ağırlıq dərəcəsindən asılı olaraq fərdi müəyyən edilir.
Suspenziyabirinci istifadədən əvvəl hazırlanır. Tozu parçalamaq üçün preparatın flakonu-nu çalxalamaq, otaq temperaturuna qədər soyudulmuş 38 ml və ya 63 ml qaynanmış su əlavə etmək lazımdır, hər dəfə intensiv çalxalamaq lazımdır. Daha sonra sus-penziyanın tam həll olması üçün 5 dəqiqə gözləmək lazımdır.
Doza həddinin aşılması:
Preparatın doza həddinin aşılması barədə məlumat yoxdur.
Əlavə təsirləri:
Mərkəzi sinir sisteminə: başağrısı; nadir hallarda - başgicəllənmə; çox nadir hallarda - qıcolmalar.
Allergik reaksiyalar: anafilaksiya, bronxospazm, təngnəfəslik, səpgi, övrə, yüksək işığahəssaslıq reaksiyaları, qaşınma.
Rəylər (0)