İstifadəsinə göstərişlər:
Miqren tutmalarında baş ağrısı fazasının təxirəsalınmaz terapiyası, aura ilə və ya aurasız.
Əks göstərişlər:
Ağır qaraciyər və ya ağır böyrək çatışmazlığı.
Orta və ya ağır dərəcəli arterial hipertenziya, həmçinin müalicə olunmamış yüngül arterial hipertenziya.
İstifadə qaydası və dozası:
Daxilə qəbul edilir. Tabletlər bütöv şəkildə su ilə udulmalıdır.
Tövsiyə olunan doza - 10 mq.
Təkrar qəbul: növbəti dozanı 2 saatdan tez olmayaraq qəbul etmək lazımdır; 24 saat müddətində ən çox 2 doza qəbul etmək olar.
Doza həddinin aşılması:
Doza həddi aşılan zaman hepertenziya və ya digər ciddi ürək-damar simptomları meydana gələ bilər.
Əlavə təsirləri:
İmmun sistemi ilə əlaqədar: tək-tək hallarda baş verən - allergik reaksiyalar, anafilaksiya/anafilaktoid reaksiya.
Psixika ilə əlaqədar: tez-tez baş verən yuxusuzluq; bəzən - dezorientasiya, qıcıqlanma.
Sinir sistemi ilə əlaqədar: tez-tez baş verən - başgicəllənmə, yuxulu vəziyyət, paresteziya, baş ağrısı, hipesteziya, əqli fəaliyyətin aşağı düşməsi.
Rəylər (0)