İstifadəsinə göstərişlər:
Rivoksar qeyri-valvular mənşəli atrial fibrillasiyası olan;
durğun ürək çatışmazlığı
arterial hipertenziya
>75 yaş
şəkərli diabet
əvvəllər keçirilmiş insult və ya tranzitor işemik hücum kimi bir və ya bir neçə risk faktoruna sahib böyük xəstələrdə insultun və sistem emboliyanın qarşısının alınması üçün göstərişdir.
Əks göstərişlər:
Rivoksar preparatının istifadəsi aşağıdakı pasiyentlərdə əks göstərişdir.
rivaroksabana və ya preparatın köməkçi maddələrinə qarşı yüksək həssaslıq;
klinik əhəmiyyətli aktiv qanaxmaları olan pasiyentlər;
mövcud və ya son dövrlərdə keçirilmiş mədə-bağırsaq xorası, yüksək qanaxma riskli bədxassəli neoplazma, son dövrlərdə baş verən beyin və ya onurğa beyni zədələnməsi, yeni keçirilmiş beyin, onurğa beyni və ya oftalmoloji əməliyyat, yaxın zamanlarda baş verən kəllədaxili qanaxma.
İstifadə qaydası və dozası:
Tövsiyə olunan doza gündə bir dəfə 20 mq-dır. Bu doza eyni zamanda tövsiyə olunan maksimum dozadır. İnsult və sistem emboliyadan qorunma qanaxma riskini üstələdiyi müddətdə müalicə uzun müddət davam etməlidir.
Bu dozanı unutduğunuz təqdirdə, xəstə Rivoksar prepartını dərhal qəbul etməli və ertəsi gün tövsiyə olunduğu kimi gündə 1 dəfə içməyə davam etməlidir.
Doza həddinin aşılması:
600 mq-a qədər rivaroksabanın qəbulu zamanı qanaxma fəsadlarının və digər əlavə təsirlərin inkişafı olmadan doza həddinin aşılması halları nadir hallarda qeydə alınmışdır.
Əlavə təsirləri:
Elektiv bud və diz protezi əməliyyatı olan yetkin xəstələrdə venoz tromboembolizmin qarşısının alınması 6097, toplam gündəlik doza 10 mq, maksimum müalicə müddəti 39 gün.
Uzunmüddət xəstəxanaya yerləşdirilmiş tibbi xəstələrdə venoz tromboembolizmin qarşısının alınması 3997, toplam gündəlik doza 10 mq, maksimum müalicə müddəti 39 gün.
Dərin venaların Trombozu və Pulmonar Emboliyanın müalicəsi və residivin qarşısının alınması 6790, toplam gündəlik doza 1-21 gün: 30 mq 22 gün 21 ay və davamında 20 mq. Ən azı 6 ay sonra: 10 mq və ya 20 mq, maksimum müalicə müddəti məlum deyil.
Rəylər (0)