İstifadəsinə göstərişlər:
-Şizoferniya;
-Orta və ağır dərəcəli, bipolyar pozuntular ilə bağlı maniakal epizodlar;
-Qeyri-farmakoloji korreksiya üsullarına tabe olmayan, və özünə və ya digər şəxslərə zərər yetirməsi riski olduqda, orta və ağır dərəcəli
alsheymer xəstəliyi ilə bağlı dermensiyalı xəstələrdə davamlı aqressiyanın qısamüddətli simptomatik müalicəsi;
-DSM-IV müvafiq diaqnozlaşdırılan, əqli geriliyi olan, 5 yaşdan etibarən uşaqlarda davranışın pozulması strukturunda davamlı aqressiyanın qısamüddətli simptomatik mülaicəsi, bu zaman aqressiyanın ağırlığından və ya digər destruktiv davranışdan asılı olaraq medikamentoz müalicə tələb olunur.
Əks göstərişlər:
- Preparatın istənilən komponentinə qarşı yüksək həssaslıq.
İstifadə qaydası və dozası:
Şizofreniya
Böyüklər
Tabletləri sutkada 1-2 dəfə qəbul edilir.
Başlanğıc doza sutkada 2 mq risperidon təşkil edir. İkinci gün dozanı 4 mq-a qədər artırmaq olar.
Yaşlı pasiyentlər
Məsləhət görülən başlanğıc doza sutkada 2 dəfə 0,5 mq təşkil edir.
Uşaq yaşlı pasiyentlər
Effektivliyi və təhlükəsizliyi barədə məlumatlar olmadığı üçün şizofreniyadan əziyyət çəkən 18 yaşa qədər uşaqlarda istifadəsi məsləhət görülmür.
Doza həddinin aşılması:
Simptomları
Yuxululuq, sedasiya, taxikardiya, arterial hipotenziya, qıcolmalar.
Əlavə təsirləri:
İnfeksiyalar və invaziyalar
Tez-tez: pnevmoniya, bronxit, yuxarı tənəffüs yollarının infeksiyası, sinusit, sidikçıxarıcı yolların infeksiyası, qulaqların infeksiyası, qrip.
Rəylər (0)