İstifadəsinə göstərişlər:
- Qaraciyərin piy distrofiyası (o cümlədən şəkərli diabet zamanı).
- Kəskin və xroniki hepatitlər , qaraciyərin sirrozu , qaraciyər hüceyrələrinin nekrozu,qaraciyər çatışmazlığı,qaraciyər koması,qaraciyərin toksik zədələnmələri (o cümlədən alkoqolizm zamanı).
- Qaraciyərin dərman zədələnmələri.
- Hamiləlik toksikozu.
- Əməliyyatönü və əməliyyatsonrası müalicə ,xüsusən hepatobiliar sahədə olan əməliyyatlar zamanı.
- Psoriaz (köməkçi terapiya qismində).
- Şüa xəstəliyi.
Əks göstərişlər:
- Preparatın komponentlərinə qarşı yüksək həssaslıq.
- Yenidoğulmuş və yarımçıqdoğulmuş uşaqlar (tərkibində benzil spirti vardır).
- 3 yaşa qədər uşaqlar.
İstifadə qaydası və dozası:Rinafos preparatı venadaxili yeridilmə üçün nəzərdə tutulub ,yerli reaksiyaların baş verməsi üçün dəri altına və əzələ daxilinə yeritmək olmaz.
Böyüklər:
Başqa təyinat olmazsa ,preparat vena daxilinə şırınqa üsulu ilə asta-asta gündə 5-10 ml (1-2 ampul), ağır hallarda-gündə 10-20 ml (2-4 ampul) yeridilməlidir.Digər dərman preparatları və ya elektrolit məhlulları ilə bir şprisdə qarışdırmaq olmaz.Parenteral yeridilmə təcrübəli həkim tərəfindən həyata keçirilməlidir.Parenteral yeridilməni mümkün qədər tez preparatın peroral qəbulu ilə əvəz etmək tövsiyə olunur.
Uşaqlar və yeniyetmələr:
250 mq/5 ml Rinafos preparatının uşaqlarda və yeniyetmələrdə istifadəsinin təhlükəsizliyi və effektivliyi məlum deyil.Tərkibində benzil spirti olduğu üçün yenidoğulmuş və yarımçıqdoğulmuş uşaqlarda istifadəsi əks göstərişdir.Yalnız venadaxili yeridilmə üçündür.Yerli qıcıqlanmanın yaranması mümkün olduğu üçün əzələ daxilinə yeridilməməlidir.
Rəylər (0)