İstifadəsinə göstərişlər:
RİKOTİB preparatı böyüklər və 16 yaşında və ondan böyük olan yeniyetmələrdə osteoartrit, revmatoid artrit, ankilozlaşdırıcı spondilit zamanı simptomların yüngülləşdirilməsi, həmçinin kəskin podaqrik artrit zamanı ağrını və iltihab əlamətlərini yüngülləşdirmək üçün göstərilmişdir.
RİKOTİB preparatı böyüklər və 16 yaşında və ondan böyük olan yeniyetmələrdə stomatoloji əməliyyatlarının həyata keçirilməsi nəticəsində orta intensivlikdə ağrıların qısamüddətli müalicəsi üçün göstərilmişdir. SOG-2-nin seçici inhibitorlarının təyin edilməsi qərarı xəstə üçün bütün fərdi risklərin qiymətləndirilməsinə əsaslanmışdır.
Əks göstərişləri:
- Təsiredici maddəyə və ya preparatın tərkibinə daxil olan istənilən komponentə qarşı hiperhəssaslıq;
- Aktiv peptik xora və ya mədə-bağırsaq qanaxmaları;
- Asetilsalisil turşusu və ya QSİƏP, o cümlədən siklooksigenaza-2-nin inhibitorlarının qəbulundan sonra bronxospazm, kəskin rinit,nazal poliplər, anginonevrotik ödem, övrə və ya digər allergik reaksiyalar baş verən xəstələr;
- Hamiləlik və laktasiya dövrü;
- Qaraciyər funksiyasının ağır pozğunluqları;
- Böyrəyin kreatinin klirensinin < 30 ml/dəqiqə olması;
- Uşaqlar və 16 yaşa qədər yeniyetmələr;
- Bağırsağın iltihabi xəstəlikləri;
- Durğunluq ürək çatışmazlığı;
- Arterial təzyiqin daima 140/90 mm.c.süt-dan yüksək olduğu və lazımi dərəcədə nəzarət olunmadığı arterial hipertenziyalı xəstələr;
- Ürəyin diaqnozlaşdırılmış işemik xəstəliyi, periferik arteriyaların xəstəlikləri və/və ya ürək-damar xəstəlikləri.
İstifadə qaydası və dozası:
osteoartrit:
Tövsiyə edilən doza gündə 1 dəfə 30 mq
Revmatoid artriti:
Tövsiyə edilən doza gündə 1 dəfə 60 mq
Ankilozlaşdırıcı spondilit:
Tövsiyə edilən doza gündə 1 dəfə 60 mq
Kəskin podaqra artriti:
Tövsiyə edilən doza gündə 1 dəfə 120 mq
Stomatologiyada əməliyyatdansonrakı ağrılar:
Tövsiyə edilən doza maksimum 3 gün ərzində gündə 1 dəfə 90 mq
Yaşlı xəstələr:
Yaşlı xəstələr üçün dozada duzəlişlərin edilməsinə ehtiyac yoxdur.
Digər preparatların qəbulu zamanı olduğu kimi, yaşlı xəstələrdə ehtiyatlı olmaq lazımdır.
Qaraciyər funksiyalarının pozulması:
Qaraciyər funksiyaları yüngül dərəcədə pozulmuş xəstələrdə doza gündə 1 dəfə 60 mq-dan yüksək olmamalıdır.
Böyrək funksiyalarının pozulması:
Kreatinin klirensi > 30ml/dəqiqə olan xətələrdə preparatın dozasında düzəlişlər etməyə ehtiyac yoxdur.
Kreatinin klirensi < 30ml/dəqiqə olan xətələrdə etorikoksibdən istifadə əks göstərişdir.
Sinkler Denola
August 20, 2025Lorem Ipsum is simply dummy text of the printing and typesetting industry. Lorem Ipsum has been the industry's standard dummy text ever since the when an unknown printer took a galley of type and scrambled it to make a type specimen book. It has survived not only five centuries but also the leap electronic typesetting, remaining essentially unchanged. It was popularised in the with the release of Letraset sheets containing Lorem Ipsum passages, and more recently with desktop publishing software like Aldus PageMaker including versions of Lorem Ipsum.
Reply