İstifadəsinə göstərişlər:
Ridakton əsasən aşağıdakı halların müalicəsi üçün istifadə olunur:
- Essensial hipertenziya
- Nefrotik sindrom
- Assit
- Birincili aldosteronizm
- Diüretiklərlə birlikdə hipokaliemiya / hipomaqneziemiyanın kompleks müalicəsində
- Zəif-orta-ciddi simptomlarla müşahidə olunan ürək çatışmazlığının müalicəsində standart müalicəyə əlavə kimi.
Əks göstərişlər:
- Spironolaktona və ya köməkçi maddələrdən hər hansı birinə qarşı yüksək həssaslıq
- Addison xəstəliyi
- Sidiyəgetmədə çətinlik
- Kəskin və ciddi böyrək çatışmazlığı
- Laktasiya dövrü
- Eplerenon ilə birlikdə istifadə
- Kaliumqoruyucu diüretik tablet və ya kalium əlavəsi tabletlərinin istifadəsi zamanı
İstifadə qaydası və dozası:
Ridakton daxilə qəbul edilir. Həkiminiz və ya əczaçı başqa cür tövsiyə verməzsə, aşağıdakı təlimatlara əməl edin. Həkiminiz sizə hansı dozada Ridakton lazım olduğunu müəyyən edəcək. Bu doza müxtəlifdir və həkiminiz sizin üçün uyğun olan dozanı seçəcəkdir.
Böyüklər preparatı gündə 1 dəfə birdəfəlik doza şəklində və ya dozanı bölünmüş şəkildə gündə bir neçə dəfəyə qəbul edə bilərlər.
Qida ilə birlikdə qəbul edilməlidir. Böyüklər üçün doza 25 mq-la 200 mq Ridakton arasında dəyişə bilər. Preparatı hansı dozada qəbul edəcəyinizə əmin deyilsinizsə, həkiminizlə və ya əczaçı ilə məsləhətləşin.
Uşaqlarda istifadəsi. Uşaqlar üçün doza onların bədən kütləsindən asılı olaraq təyin edilir.
Yaşlılarda istifadəsi. Həkiminiz sizin müalicənizi aşağı doza ilə başlayacaq və lazım olan effekt əldə edilənə qədər dozanı tədricən artıracaqdır
Rəylər (0)