İstifadəsinə göstərişlər:
Ridakton əsasən aşağıdakı halların müalicəsi üçün istifadə olunur:
Essensial hipertenziya (səbəbi məlum olmayan hipertenziya);
Nefrotik sindrom (orqanizmdə çoxlu miqdarda mayenin toplanmasına səbəb olan böyrək xəstəliyi);
Assit (məsələn, qarın boşluğunda qaraciyər sirrozunun səbəb olduğu maye toplanması);
Birincili aldosteronizm ( Aldosteron hormonunun səviyyəsinin yüksək olması ilə əlaqədər olaraq orqanizmdə mayenin toplanması);
Zəif-orta-ciddi simptomlarla müşahidə olunan ürək çatışmazlığının müalicəsində standart müalicəyə əlavə kimi.
Əks göstərişlər:
Spironolaktona və ya köməkçi maddələrdən hər hansı birinə qarşı yüksək həssaslıq;
Spironolakton-a qarşı keçmişdə qeyri-adi və ya allergik reaksiyanın olması;
Sidiyəgetmədə çətinlik; Kəskin və ciddi böyrək çatışmazlığı;
Kaliumqoruyucu diüretik tablet və ya kaliüm əlavəsi tabletlərinin istifadəsi zamanı;
Yuxarıda göstərilən hallarda bu dərmandan istifadə etməyin.
Rəylər (0)