İstifadə qaydası və dozası
Dozası
Revmatoid artrid: tövsiyə olunan doza gündə 1 dəfə 90 mq-dır.
Ankilozlaşdırıcı spondilit: tövsiyə olunan doza gündə 1 dəfə 90 mq-dır. Kəskin ağrı vəziyyətləri üçün Etorikoksib yalnız kəskin simptomatik dövrdə istifadə olunmalıdır.
Kəskin ağrı vəziyyətləri: kəskin ağrı vəziyyətləri üçün, Etorikoksib yalnız kəskin simptomatik dövrdə istifadə olunmalıdır.
Kəskin podaqra artriti; tövsiyə olunan doza gündə 1 dəfə 120 mq-dır, kəskin podaqra artriti üçün Etorikoksib 8 gün ərzində verilmişdir.
Stomatoloji cərrahi əməliyyatdan sonrakı ağrı: tövsiyə olunan doza maksimum 3 günlə məhdudlaşdırılmış müddət ərzində gündə 1 dəfə 90 mq-dır. Bəzi pasiyentlərə 3 günlük müalicə dövründə Etorikoksibə əlavə olaraq, digər əməliyyat sonrası analgeziya tələb oluna bilər.
Hər bir göstəriş üçün tövsiyə olunan dozadan yüksək dozalar ya əlavə effektiv nümayiş etdirməmiş, ya da öyrənilməmişdir, ona görə də:
Revmatoid artrit və ankilozlaşdırıcı spondilit üçün 90 mq gündəlik doza aşılmamalıdır.
Kəskin podaqra zamanı doza maksimum 8 günlük müalicə ilə məhdudlaşdırılmış müddət ərzində gündə 1 dəfə 120 mq-ı aşılmamalıdır.
Əməliyyat sonrası diş cərrahyyəsi ağrıları zamanı doza maksimum 3 günlə məhdudlaşdırılmış müddət ərzində gündə 90 mq-ı aşılmamalıdır.
İstifadə qaydası
Oral.
Etorikoksib tabletləri oral istifadə olunur və qida ilə və ya acqarına qəbul edilə bilər. Etorikoksib acqarına qəbul edildikdə onun təsiri sürətlə başlaya bilər. Sürətli yüngülləşmə tələb olunan zaman bunu nəzərə almaq lazımdır.
İSTİFADƏSİNƏ GÖSTƏRİŞLƏR:
Etorikoksib böyüklərdə və 16 yaş və ondan böyük yeniyetmələrdə osteoartritin, revmatoid artritin, ankilozlaşdırıcı spondilitin simptomlarını, həmçinin kəskin podaqra artriti ilə bağlı ağrıları və iltihab əlamətlərini aradan qaldırılması üçün istifadə oluna bilər.Etorikoksib böyüklərdə və 16 yaş və ondan böyük yeniyetmələrdə və yaşlılarda stomatoloji cərrahiyyə ilə bağlı yüngül ağrıların qısamüddətli müalicəsi üçün istifadə olunur.
ƏKS GÖSTƏRİŞLƏR:
- təsiredici maddəyə və ya preparatın köməkçi maddələrindən hər hansı birinə qarşı yüksək həssaslıq
- aktiv peptik xora və ya preparatın köməkçi maddələrindən hər hansı birinə qarşı yüksək həssaslıq
- SOG-2-nin inhibitorları daxil olmaqla, asetilsalisil turşusu və ya QSİƏP istifadə etdikdən sonra bronxospazm, kəskin rinit, burun polipləri, angionevrotik ödem, övrə və ya allergik-tipli reaksiyalar hiss edən pasiyentlər
- 16 yadan kiçik uşaqlar və yeniyetmələr
- bağırsağın iltihabi xəstəliyi
Rəylər (0)