İSTİFADƏSİNƏ GÖSTƏRİŞLƏR:
Sümük oynaq və yumşaq toxumaların zədələnməsi ( sınıqlar, çıxıqlar, bağ aparatının zədələnməsi, burxulumlar,
yumşaq toxumların iltihabı, yanıqlar və s. ).
Cərrahi əməliyyatdan sonrakı ağırlaşmaların müalicəsi ( iltihab, tromboz, ödem və bitişmələr ), travma və limfa
axının pozulması ilə əlaqədar inkişaf edən ödemlər, plastik və rekonstruktiv cərrahi əməliyyatlar.
Oynaq sindromu ( revmatoid artrit, bexterev xəstəliyi və s. ).
Kəskin səthi tromboflebitlər, pasttrombotik sindrom, vaskulit, obliterasiyaedici trombangit, aşağı ətraf
arteriyalarının aterosklerozu, limfatik ödem.
Diabetik angiopatiya və tretinopatiya, uveit, iridoksiklit, hemofltalm.
Autoimmun triedoidit, dağınıq skleroz.
Yuxarı və aşağı tənəffüs yollarının kəskin və xroniki iltihabi prosesləri ( sinusit, bronxit, pnevmoniya ).
Sidik-cinsiyyət sisteminin kəskin və xroniki iltihabi prosesləri ( qlomerulonefrit, pielonefrit, sistit, prostatit, cinsi
yolla ötürülən infeksiyalar, hestozlar, mastopatiya, adneksit, salpinoqooforit, əvəzedici hormonal müalicənin
əlavə təsirlərinin meydanaçıxma dərəcəsinin və tezliyinin azadılması məqsədilə ).
ƏKS GÖSƏTRİŞLƏR:
Preparatın tərkibindəki komponentlərə qarşı yüksək həssaslıq.
DİGƏR DƏRMAN VASİTƏLƏRİ İLƏ QARŞILIQLI TƏSİRİ:
Qan plazmasında və iltihab ocağında antibiotiklərin konsetrasiyasını artırır.
İSTİFADƏ QAYDASI VƏ DOZASI:
Gündə 3 dəfə 1 tablet daxilə qəbul edilir.
Müalicə müddəti xəstəliyin növünə və ağırlıq dərəcəsinə əsasən təyin olunur.
Təsiredici maddələr: TRİPSİN, RİBONUKLEAZA, XİMOTRİPSİNOGEN 1 tabletin tərkibində 4,2 mikrokatal tripsin, 0,33 mikrokatal ribonukleaza, 93,4 mikrokatal
ximotripsinogen vardır.
Köməkçi maddələr: susuz kolloidal silisium dioksid, prejelatinləşdirilmiş nişasta, mikrokristallik sellüloza,
maqnezium-stearat, krospovidon, laktoza monohidrat.
Rəylər (0)