İstifadsinə göstərişlər:
Daxilə qəbul olunan Requlaks Pikosulfat damcısı-işlədici vasitədir.
Daxilə qəbul olunan Requlaks pikosulfat damcısı qəbizlik zamanı və defekasiyanın yüngülləşdirilməsini tələb edən xəstəliklərdə istifadə üçündür.
Digər işlədici vasitələr kimi, daxilə qəbul olunan Requlaks Pikosulfat damcısını qəbizlik zamanı hər gün və ya həkim nəzarəti olmadan uzun müddət istifadə etmək olmaz.
Əks göstərşləri:
Pikosulfat natriuma qarşı, triarilmetan törəmələrinə və ya preparatın digər komponentlərinə qarşı allergiya
Bağırsaq kütləsinin keçməsinin çətinləşməsi ilə bağırsağın daralması zamanı, bağırsaq keçməzliyi, kəskin abdominal vəziyyətlərdə, ürəkbulanma və qusma ilə müşaiyət olunan intensiv qarın ağrıları, mədə-bağırsaq traktının kəskin iltihabi xəstəlikləri,orqanizmin ağır dehidratasiyası.
4 yaşdan kiçik uşaqlara daxilə qəbul olunan Requlaks Pikosulfat damcısını qəbul etmək olmaz. Qarın ağrı, qusma və temperaturun yüksəlməsi ilə müşaiyət olunan qəbizlik, ciddi xəstəlik əlaməti ola bilər. Belə şikayətlər zamanı daxilə qəbul olunan Requlaks pikosulfat damcısını və ya digər dərmanları qəbul etmək olmaz, ancaq həkimə müraciət etmək lazımdır.
İstifadə qaydası və dozası:
Böyüklər və yeniyetmələr: 14-27 damcı Requlaks Pikosulfat qəbul edirlər.
4 yaş və 4 yaşdan böyük uşaqlar: Requlaks Pikosulfat yalnız həkim təyinatı üzrə 7-14 damcı qəbul edirlər
Hamiləlik və laktasiya dövründə istifadəsi:
Hamiləlik və laktasiya dövründə preparatı qəbul etməzdən əvvəl həkiminiz və ya əczaçınızla məsləhətləşin
Rəylər (0)