İstifadəsinə göstərişlər:
Su-elektrolit tarazlığının bərpası, kəskin diareya zamanı asidozun korreksiyası, yüngül və orta dərəcəli dehidratasiya, su-elektrolit mübadiləsinin pozulması ilə müşaiyət olunan istivurma zamanı zədələnmələrdə.
Əks göstərişlər:
Preparatın komponentlərinə qarşı yüksək həssaslıq, ağır dehidratasiya, hemodinamik şok, həddindən artıq qusma, bağırsaq keçməzliyi, ileus.
İstifadə qaydası və dozası:
1 saşenin içərisindəki tozu 1 litr qaynadılmış, otaq temperaturuna qədər soyudulmuş suda həll etmək lazımdır.
Hazır məhlulu hər maye ifrazatından sonra kiçik qurtumlarla qəbul etmək lazımdır. 6-10 saat müddətində Rehidron preparatının dozası bədən çəkisinə 30-60ml/kq ola bilər.
Doza həddinin aşılması:
Həddindən çox miqdarda və ya çox qatı Rehidron preparatının məhlulunun yeridilməsi zamanı hipernatriemiya yarana bilər.
Əlavə təsirləri:
Tövsiyə olunan dozalara riayət olunduqda əlavə təsirlərin inkişafı yox dərəcəsindədir. Allergik reaksiyaların inkişafı potensial olaraq mümkündür.
Preparatın çox sürətlə yeridilməsi zamanı qusma halları ola bilər.
Rəylər (0)