Göstərişlər:
-Qəbizliyin simptomatik tez aradan qaldırılması
-Xroniki qəbizliyin terapiyası
-qəbizliklə müşahidə olunan digər patoloji hallar
-Hemorroy, prokit, paraproktit, bağırsaq çatları zamanı stulun tənzimlənməsi
-Diaqnostik və cərrahi əməliyyatlardan öncə hazırlıq mərhələsində mədə-bağırsaq traktının təmizlənməsi məqsədi ilə
-Əməliyyatdan sonrakı dövr və.s
İstifadə qaydası və dozası:
12 yaşdan yuxarı uşaqlar və böyüklər üçün məsləhət görülən gündəlik doza 1-2 tabletdir.
Yaşlı insanlarda orta gündəlik doza 1 tabletdir.
Oral mütəmadi istifadəsi zamanı preparatın axşam yatmazdan əvvəl qəbulu tövsiyyə olunur.
Tabletlər spesifik acı-şirin daha malik olduğuna görə qəbulunu asanlaşdırmaq üçün 1 stəkan su ilə udulur.
Doza qəbulun məqsədindən asılı olaraq artırıla bilər.
Müalicə müddəti 7 gündən çox olmamalıdır.
Preparata qarşı asılılıq hallarının yaranmasının qarşısını almaq məqsədilə, növbəti müalicə müddəti arasında bir həftəlik fasilə verilməlidir
Əks göstərişlər:
Preparatın tərkibindəki komponentlərdən hər hansı birinə qarşı yüksək həssaslıq.
Aktiv maddə: səna yarpaqları, aleo yarpaqları, 20 mq susuzlaşdırılmış üçəsaslı maqnezium-sitrat
Köməkçi maddə: həcmləndirici agnet, dadlandırıcı, qatılaşma əlaeyhinə agent.
Rəylər (0)