İstifadəsinə göstərişlər:
Rifaksiminə həssas bakteriyalar tərəfindən törədilmiş mədə-bağırsaq xəstəlikəri:
- Ağırlaşmamış divertikulyar xəstəlikləri.
- Qeyri-invaziv enteropatogen bakteriyalar tərəfindən törədilən Səyahətçi diareyası (ishalı).
Əks göstərişlər:
- Preparatın təsiredici maddəsinə və yaxud köməkçi maddələrindən hər hansı birinə qarşı yüksək həssaslıq (allergiya);
- Bağırsaq keçməzliyi və ya bağırsağın xora xəstəliyi.
- Böyrək funksiyasının pozulması. (bu barədə həkimə bildirin),
- Nəcisdə qan izləri, həmçinin hərarətin yüksəlməsi.
İstifadə qaydası və dozası:
Həkimin tövsiyəsindən asılı olaraq dozaların miqdarı və tezliyi dəyişdirilə bilər.
Həkim tərəfindən başqa bir göstəriş olmadıqda, müalicənin müddəti 7 gündən çox olmamalıdır.
Zərurət olduqda aparılacaq təkrar müalicə 20-40 gündən tez başlanılmamalıdır.
Müalicənin ümumi müddəti həkim tərəfindən xəstənin klinik vəziyyətinə görə müəyyən edilir.
Böyüklər və 12 yaşdan yuxarı yeniyetmələr.
Kəskin bağırsaq infeksiyaları və səyahətçi diareyası.
Xroniki bağırsaq iltihabı: böyüklər hər 6 saatda 1 tablet.
Böyüklər:
Kolorektal cərrahiyyədə infeksion ağırlaşmaların profilaktikası məqsədilə: hər 12 saatda 2 tablet.
Böyüklər:
Qıcıqlanmış bağırsaq sindromu və ishal müalicəsi: hər 8 saatda 2 tablet.
Uşaqlar:
Preparatın 18 yaşına çatmamış uşaqlarda təhlükəsizliyi və effektivliyinə dair yetərincə məlumat olmaması səbəbi ilə 18 yaşdan kiçik uşaqların istifadəsi tövsiyə edilmir.
Yaşlılarda:
Yaşlı xəstələrdə istifadə tərcübəsi məhduddur.
Böyrək/ Qaraciyər çatışmazlığı:
Böyrək və qaraciyər çatışmazlığı olan pasiyentlərdə doza korreksiyası tələb olunmur.
İstifadə qaydası:
Örtüklü tabletlər daxilə, çeynəmədən, kifayət qədər maye ilə qəbul edilir.
Tabletlərin qəbulu qida qəbulundan asılı deyildir.
Qida və içki ilə qəbulu:
Qida və içki ilə qəbulu preparatın effektivliyinə təsir göstərmir.
Rəylər (0)