Rebekom neo ampullar vitamin B kompleksi neyrotrop aktiv maddələrin kombinasiyasından ibarətdir. Tiamin (B1), pridoksin (B6) və sianokoblamin (B12) vitaminləri mərkəzi və peri-ferik sinirsisteminin aralıq metabolizmində kofement kimi xüsusi rol oynayırlar. Bütün digər vitaminlər kimi, onlar orqanizmin üçün zəruri qida maddələridir və orqanizmin özü tərəfindən sintez edilmir Orqanizmin B1, B6, və B12 vitaminləri ilə müalicəvi təchizi kifayət qədər qida lanmama nəticəsində orqanizmdə bu vitaminlərin çatışmazlığını kompensə edir və orqanizmə tələb olunan miqdarda kofermentlərin daxil olmasını təmin edir. Heyvanlar üzərində aparılan və klinik tədqiqatlarda B1, B6 və B12 vitaminlərin antinosiseptiv aktivliyi müəyyən edilmişdir.
İSTİFADƏ GÖSTƏRİŞLƏR:
Metabolik pozğunluqlar
- Sideroblast, meqaloblast və pernisioz anemiya daxil olmaqla, anemiyanın müxtəlif növləri
- Periferik nevrit
- Demielinləşmə və digər nevroloji pozğunluqlar.
- Xroniki və kəskin beri-beri
- Yağların, karbohidratların və amin turşularının metabolizmini yaxşılaşdırmaq üçün.
- B1. B6 və B12 vitaminlərin tükənməsi və ya orqanizmin onlara olan təlabatının yüksəlməsi
- Herpes zoster (kəmərləyici dəmrov) və ya diabetə və ya xroniki alkoqolizmə görə sinir zədələnməsi daxil olmaqla, müxtəlif mənşəli nevralgik ağrı
ƏKS GÖSTƏRİŞLƏR:Təsiredici maddəyə və ya köməkçi maddələrdən hər hansı birinə qarşı yüksək həssaslıq.
HAMİLƏLİK VƏ LAKTASİYA DÖVRÜ.
Heyvanlar üzərində budərman vasitəsinin hamiləliyə, embriofetal, prenetal və postnatal inkişafa təsirinə dair tədqiqat kifayət qədər azdır. insan üçün mümkün riski məlim deyil. Müalicə həkimi bupreparatın hamiləlik dövründə istifadəsinə risk-fayda nisbətini ciddi qiymətləndirdikdən sonra qərar verməlidir.
SAXLANMA ŞƏRAİTİ:
25C dən aşağı temperaturda və uşaqların əli çatmayan yerdə saxlamaq lazımdır.
İSTEHSALÇI ÖLKƏ: Misir
Rəylər (0)